SON XƏBƏRLƏR

“İran təyyarələrinin yarısından çoxu işlək vəziyyətdə deyil”- Əlirza Bərxor

2021.12.07, 10:17
“İran təyyarələrinin yarısından çoxu işlək vəziyyətdə deyil”- Əlirza Bərxor

Gunaz.tv

Bunu, İran Aviaşirkətlər Assosiasiyasının İdarə Heyətinin sədr müavini Əlirza Bərxor dekabrın 6-da mediaya açıqlamasında deyib.

O deyib ki, ölkəyə qarşı tətbiq edilən sansiyalar səbəbi ilə hazırda ölkə təyyarələrinin 50 faizindən çoxu qeri-fəal olaraq anbarlarlarda saxlanılır.

“Təəssüflər olsun ki, haırda 170 ədəddən çox təyyarəmiz ehtiyat hissələrinin, o cümlədən də mühərrikin olmaması sıbəbi ilə işlək vəziyyətdə deyil, bəziləri isə təmir edilir.

Bunun əsasə səbəbi isə dediyim ki, ölkəmizə qarşı tətbiq edilən sanksiyalar görə təyyarələrin ehtiyat hissələrinin təmin edilməsində olan məhdudiyyətlər və lazımi vəsait və büdcənin çatışmamazlığı ilə əlaqədardır.

Hesab edirəm ki, indiki proses davam edərsə, yaxın gələcəkdə biz qeyri-fəal təyyarələrimizin sayının artmasının şahidi olacağıq”, -deyə İran Aviaşirkətlər Assosiasiyasının İdarə Heyətinin sədr müavini Əlirza Bərxor bildirib.

۵۰ درصد هواپیماهای کشور زمین‌گیر شده اند

                                    İran Aviaşirkətlər Assosiasiyasının İdarə Heyətinin sədr müavini Əlirza Bərxor

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar