SON XƏBƏRLƏR

İran televiziyası və Mədəni İrs Təşkilatı Qərbi Azərbaycan əyalətinin adını təhrif edib

2022.05.15, 09:22
İran televiziyası və Mədəni İrs Təşkilatı Qərbi Azərbaycan əyalətinin adını təhrif edib

Gunaz.tv

İran Radio və Televiziyasının xəbər şəbəkəsi Qərbi Azərbaycan valisi Məhəmmədsadiq Motəmediyanla müsahibədə onun fotosunun yerinə öncəki vali Məhəmmədmehdi Şəhriyarinin şəklini yayıb və onu Urmiya” əyaləti"nin valisi kimi təqdim edib.

Bununla yanaşı Qərbi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının rəsmi veb saytında əyalət valiliyinin binasının təmiri ilə bağlı verilən xəbərdə yenidən “Urmiya valiliyi" ifadəsi işlədilib.

Qeyd edək ki, uzun illərdir İran hökuməti və etnik mühacir kürdlər Qərbi Azərbaycan əyalətinin adının dəyişdirilərək “Urmiya əyaləti" qoyulması yönündə çalışırlar.

Bundan öncə İranın keçmiş prezidenti Həsən Ruhaninin əyalətə səfəri zamanı “Urmiya əyaləti" ifadəsini işlətməsi geniş etirazlara səbəb olmuşdur.

Bununla yanaşı əyalətinin güney bölgələrində, Soyuqbulaq şəhərinin mərkəziyyəti ilə  “Mahabad” və ya “Məkriyan” adlı yeni kürd əyalətinin qurulması planlaşdırılır. 

Bu, güney azərbaycanlıların, bir sıra türk millət vəkillərinin sərt reaksiyaları nəticəsində gecikdirilsə də, bu yöndə fəaliyyətlər davam etdirilir.

Bir neçə gün bundan öncə Soyuqbulaq şəhərinin İran parlamentindəki kürd nümayəndəsi Calal Mahmudzadə Qoşaçay mahalının 30 kəndinin Soyuqbulağın tabeliyinə verilməsini istəyib.

İranın Dövlət Radio və Televiziyasının rəsmi internet saytında Qərbi Azərbaycan şəhəri olan Mahabad əyalətlər sırasında ayrıca bölgə kimi yazılması hökumətin bu məsələdə israrlı olduğunu, Qərbi Azərbaycanın kürdləşdirmə prosesində maraqlı olduğunu göstərir.  
 

content_image_1652597744.jpg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar