SON XƏBƏRLƏR

İran Zəngəzurun Qafan şəhərinə baş konsul təyin edib

2022.08.11, 17:49
İran Zəngəzurun Qafan şəhərinə baş konsul təyin edib

Gunaz.tv

Ermənistanın "Armenpress" xəbər agentliyinin avqustun 11-də verdiyi xəbərə görə, Abedin Vəramin İranın Ermənistanın Zəngəzur bölgəsinin Qafan rayonuna baş konsul təyin edilib.

İran İslam Respublikasının Ermənistandakı səfirliyi "Armenpress"ə açıqlamasında məlumatı təsdiqləyib və bu barədə əlavə məlumatın daha sonra veriləcəyini bildirib.

"2021-ci il dekabrın sonunda İran hökuməti İran Xarici İşlər Nazirliyinin təklifini bəyənərək Ermənistanın Sünik vilayətinin Qafan şəhərində baş konsulluğun açılması barədə qərar qəbul edib.

Lakin konsulluq hələ rəsmi olaraq açılmayıb. Konsulluğun böyük ehtimalla bu il, 2022-ci ildə açılacağı ilə bağlı məlumatlar var"-deyə, erməni mediasının məlumatında bildirilib.

Qeyd edək ki, məlumat avqustun 11-i axşam saatlarında yayılıb və hələlik İran mediasında və Xarici İşlər Nazirliyinin rəsmi saytında bu barədə məlumat verilməyib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar