SON XƏBƏRLƏR

İran Rusiya mallarını şimaldan cənuba tranzıt edəcək

2022.07.05, 06:49
İran Rusiya mallarını şimaldan cənuba tranzıt edəcək

Gunaz.tv

O, bu yaxınlarda bağlanan memorandumda ixrac və idxalla yanaşı, tranzit məsələlərinin də yer aldığını deyib.

Nazir ixrac, idxal və ticarət mübadiləsinin təxminən 4.5 milyard dollar civarında olduğunu söyləyib.

"Rusiya ilə Avropa İttifaqı arasında mübadilələr 250 milyard avrodan çox olub və Rusiyada baş verən son şərtləri və bu mübadilələrin azaldığını nəzərə alsaq, İran tranzit sahəsində Rusiya üçün çox yaxşı marşrut ola bilər"-deyə, Əfəndizadə bildirib.

Əfəndizadə son səfərində təxminən 10 milyon tona yaxın malın tranziti ilə bağlı razılığa gəlindiyini, Rusiyanın İran torpaqları vasitəsilə müxtəlif ölkələr arasında yeni mübadilələr həyata keçirə biləcəyini bildirib.

O, Şimal-Cənub dəhlizinin bunun üçün ən mühüm marşrutlardan biri olduğunu iddia edib.

"İranla Rusiya arasındakı marşrut ya Xəzər dənizindən, ya da dəmir yolu şəbəkələrindən keçir, ona görə də biz dəmir yolu şəbəkələrimizi inkişaf etdirə, öz parkımızı, o cümlədən lokomotiv və vaqonlarımızı artıra bilərik.

Yaxın gələcəkdə razılaşdırılan illik 10 milyon ton mal tranzitinə nail olmaq mümkündür"-deyə, İranın nəqliyyat, yollar və şəhərsalma nazirinin müavini qeyd edib.

Qeyd edək ki, İran və Rusiya Amerika və Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaların təsirini azaltmaq üçün yollar axtarırlar.

Tehran hökumətinin yanlış siyasəti ucbatından illərdir Qərbin sanksiyaları ilə üzləşən İran Rusiyanın da sanksiyalara məruz qalmasını fürsət kimi dəyərləndirmək istəyir.

Bundan öncə İranın cənub limanlarının çoxunu Çin hökumətinin icarəsinə verən Tehran hökuməti, indi də Çabahar limanını Rusiyanın ixtiyarına vermək barədə fikirlər səsləndirir və bunu Moskvanın bu limanda sərmayə qoymaq istəyi ilə əlaqələndirir.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar