SON XƏBƏRLƏR

İran Rusiyaya dronlar verdiyini etiraf edib

2022.11.05, 08:39
İran Rusiyaya dronlar verdiyini etiraf edib

Gunaz.tv

İranın xarici işlər naziri bildirib ki, bəzi Qərb ölkələrinin İranın Ukrayna müharibəsində Rusiyaya raketlər verməsi ilə bağlı iddiası tamamilə yalandır.

“Pilotsuz təyyarələrə gəlincə, biz onları Ukraynadakı müharibədən aylar əvvəl öncə Rusiyaya vermişdik. Biz Ukraynanın xarici işlər naziri ilə razılaşdıq ki, Rusiyanın Ukraynaya qarşı bu pilotsuz təyyarələrdən istifadə etdiyinə dair hər hansı sənəd varsa, onu bizə təqdim etsin. İki həftə əvvəl bir Avropa ölkəsində belə bir görüşümüz oldu. Müdafiə və siyasi nümayəndə heyətimiz həmin Avropa ölkəsinə getdi. Təəssüf ki, son dəqiqədə Ukrayna nümayəndə heyəti görüşdə iştirak etmədi”, - nazir əlavə edib.

Qeyd edək ki, bundan öncə İran dronlarının Ukraynaya qarşı müharibədə misilsiz ropl oynadığını deyən İran rəsmiləri, qərb ölkələrinin təzyiqlərindən sonra bunu danmağa, İranın Ukraynaya dron və hərbi yardım göndərməsini inkar etməyə başladılar.

Xüsusilə son vaxtlar İran dronlarının Ukrayna ordusu tərəfindən vurulması, danılmaz faktların aşkarlanması və qərb kəşfiyyatının məlumatlarından sonra İran Rusiyaya dronlar göndərdiyini etiraf etməyə məcbur olub.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar