SON XƏBƏRLƏR

İran vətəndaşlarını Ukraynadan çıxarmağa başlayacaq

2022.02.24, 10:43
İran vətəndaşlarını Ukraynadan çıxarmağa başlayacaq

Gunaz.tv

“Ukraynada iğtişaşlar başlayandan Xarici İşlər Nazirliyində xüsusi idarəetmə heyəti formalaşdırılıb və cənab Əmir Abdulhian fəal diplomatiya yolu ilə Ukraynadakı iranlıların vəziyyətini şəxsən izləyir”-deyə, Xətibzadə bildirib.

Xarici İşlər Nazirliyinin sözüsü Rusiyanın hücumunu “iğtişaş” adlandırıb və əlavə edib ki,  üç bildiriş vasitəsilə Ukraynada yaşayan iranlılara həssas nöqtələrdən uzaq durmaları barədə xəbərdarlıq edilib.

“Təəssüflə başda Amerika olmaqla NATO-nun qıcıqlandırıcı siyasətləri Avrasiya məkanında geniş böhranların baş verməsinə səbəb olub”-deyə, Xətibzadə Rusiyaya bəraət qazandırmağa çalışıb.

C.E  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar