SON XƏBƏRLƏR

"Avstraliyaya getməyin"-İran hökuməti vətəndaşlarına çağırış etdi

2022.11.10, 06:10
"Avstraliyaya getməyin"-İran hökuməti vətəndaşlarına çağırış etdi

Gunaz.tv

İran Xarici İşlər Nazirliyi Avstraliyada radikal miliyyətçi qrupların olduğunu və onların təhlükəli əməllərə əl ata biləcəkləri barədə İran vətəndaşlarına xəbərdarlıq edib.

11 maddədən ibarət tövsiydə İran Xarici İşlər Nazirliyi Avstraliyanı ən çox zorakılığın olduğu, insan hüquqlarının pozulduğu ölkə kimi təqdim etməyə çalışıb.

Bu, Avstraliya parlamentinin nümayəndələrinin İranda etirazçılara qarşı şiddətli repressiyaların pislənilməsi və Avstraliya Senatındakı müxalifət lideri, Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri və Liberal Partiyasının Nümayəndələr Palatasındakı nümayəndələrindən biri ilə birlikdə İranla bağlı ölkənin baş nazirinə yazdıqları açıq məktubdan sonra baş verib.

Açıq məktubda, İranın etirazçı qadınlarını dəstəkləyərək, Avstraliya hökumətindən “Əsas insan haqları uğrunda mübarizə aparan iranlıları ayağa qaldırmağa, real addımlar atmağa dəstək” istənilib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar