SON XƏBƏRLƏR

İran-Küveyt Birgə Ticarət Palatasının rəisi: “Küveyt iranlı tacirlərə viza vermir”

2021.12.21, 12:54
İran-Küveyt Birgə Ticarət Palatasının rəisi: “Küveyt iranlı tacirlərə viza vermir”

Gunaz.tv

O deyib ki, son vaxtlar İranın Küveylə olan ticari əlaqələri əvvəlkinə nisbətən xeyli azalıb və İran tacirlərinin bu ölkədə fəaliyyət göstərməsi məhdudlaşdırılıb.

“Küveytlilər iranlı tacirlərə viza vermirlər və əgər hazırda bu ölkə ilə işləyən tacirlərlər varsa, əvvəlcədən bu ölkədə olan iranlı tacirlərdir.

Təəssüflər olsun ki, bizim Küvetlə olan ticari əlaqələrimiz və mövcud durum əvvəlki kimi deyil. Küveyrdəki şərait körfəz regionundakı digər ərəb ölkələrindəki vəziyyətlə fərqlidir. 

Digər ölkələrdə, o cümlədən də Oman,Qətər və Birləşmiş Ərəb Əmirliklərində istər səyahət, istərsə də ticarət etmək üçün asanlıqla viza almaq olur.

Lakin Küvey vizasını almaq bir az çətindir. 

Biz isə bu problemi aradan qaldırmaq üçün İran Xarici İşlər Nazirliyi və İranın Küveytdəki səfirliyi ilə əlaqə saxlamış, onlara çoxlu məktublar yazmışıq.

Lakin hələ ki, problemin həlli istiqamətində hər hansı bir addım atılmayıb”, -deyə İran-Küveyt Birgə Ticarət Palatasının rəisi Hani Feysəli bildirib.

Qeyd edək ki, Ran Gömrüyünün yaydığı rəsmi statistikasına görə, son 8 ayda İranın Küveytə ixracatının ümumi dəyəri 91 milyon dollar olub.

Halbuki, bu iki il əvvəl, yəni koronavirusun yayılmağa başlamasından əvvəl 190 milyon dollar civarında idi.

C3D82E67-2B28-4C20-B7F4-2B68B555F6AE_cx0_cy0_cw99_w1023_r1_s.jpg

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar