SON XƏBƏRLƏR

İran Dövlət Televiziyasından növbəti təxribat: Güney Azərbaycan şəhəri ayrıca əyalət kimi qələmə verilib

2022.08.06, 05:42
İran Dövlət Televiziyasından növbəti təxribat: Güney Azərbaycan şəhəri ayrıca əyalət kimi qələmə verilib

Gunaz.tv

İran televiziyası avqustun 4-də Qərbi Azərbaycanın Soyuqbulaq şəhərində məhərrəmlik mərasimləri ilə bağlı hazırladığı reportajda yenidən bölgəni "Mahabad əyaləti" adlandırıb.

Qeyd edək ki, uzun illərdir Qərbi Azərbaycan əyalətinin güney bölgələrində “Mahabad” və ya “Məkriyan” adlı yeni kürd əyalətinin qurulması planlaşdırılır.

Bu, Güney azərbaycanlıların, bir sıra türk millət vəkillərinin sərt reaksiyaları nəticəsində gecikdirilsə də, bu yöndə fəaliyyətlər davam etdirilir.

İranın Dövlət Radio və Televiziyasının rəsmi internet saytında Qərbi Azərbaycan şəhəri olan Mahabad əyalətlər sırasında ayrıca əyalət kimi göstərilir. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar