SON XƏBƏRLƏR

İran yanacağını Livana daşıyan 3-cü gəmi Süveyş körfəzinə çatıb

2021.10.20, 07:36
İran yanacağını Livana daşıyan 3-cü gəmi Süveyş körfəzinə çatıb

Gunaz.tv

Bu barədə Tanker İzləmə Şirkəti (TankerTracers) oktyabrın 1-də “Tvitter” hesabında etdiyi paylaşımında məlumat yayıb.


Məlumatda bildirilir ki, “Fortune” adlı neft tankeri artıq Qırmızı Dənizdən Süveyş körfəzinə çatıb.


Bildirilir ki, Suriyanın Baniyas limanına doğru istiqamət götürən neft tanleri İran yanacağını oradan Livandakı “Hizbullah” təşkilatına çatdıracaq. 


TankerTracers-in bildirdiyinə görə,  ötən il İran neftini daşıyan üç tanker, yəni “FAXON”, “FOREST” və “FORTUNE” tankerləri eyni addımı ataraq, İran yanacağını Venesuellaya da daşıyıb. 


Qeyd edək ki, ölkədə yanacaq qıtlığı problemi ilə qarşılaşan Livan hökuməti Amerika saxnksiyalarından ehtiyatlanaraq, birbaşa İrandan yanacaq ala bilmir. 


Bunun nəticəsində, İrana bağlı olan Livanın “Hizbullah” təşkilatı birbaşa işə qarışaraq, yardım almaq üçün rəsmi Tehrana müraciət edib və qanunsuz yollarla bu ölkəyə yanacaq göndərilməsini xahiş edib.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar