SON XƏBƏRLƏR

İran "Xəyyam" peykinin Rusiya tərəfindən hazırlandığını etiraf edib

2022.08.11, 08:16
İran "Xəyyam" peykinin Rusiya tərəfindən hazırlandığını etiraf edib

Gunaz.tv

Qeyd edək ki, bu etiraf Rusiyanın Tehrandakı səfirliyi “Xəyyam” peykinin həmin ölkə tərəfindən hazırlandığını elan etməsindən bir gün sonraya təsadüf edir.

Avqustun 10-da İran Kosmik Təşkilatının rəhbəri Həsən Salariye bu peykin texnologiyasının "yerli fazadan daha yüksək" olduğunu bəyan edib.

O, qeyri-müəyyən açıqlamalarla bu peykin "günün ehtiyaclarına uyğun" olaraq konseptual dizaynının İranda edildiyini, peykin texniki göstəricilərinin yerli mütəxəssislər tərəfindən müəyyən edildiyini deyib.

“İstehsalçı şirkət Rusiyadır, lakin peyk sınaqlarının bütün mərhələlərində iranlı müşahidəçilər olub”-deyə, Salariye peykin İrann istehsalı olmadığını etiraf edib.

Bu bəyanatlar Rusiyanın Tehrandakı səfirliyinin avqustun 9-də Xəyyam peykinin İran tərəfindən sifariş və Rusiya şirkətləri tərəfindən inşa edildiyini bildirən paylaşımından sonraya təsadüf edir.

Ötən günlərdə İranın rəsmi mediası Xəyyam peykini “yerli” texnologiya və “yerli istehsal” kimi təqdim etmişdilər.

Qeyd edək ki, avqustun 9-da İrana məxsus “Xəyyam” peyki Bakı vaxtilə saat 09:52 dəqiqədə Rusiyanın “Soyuz” peyk raketi ilə Qazaxıstandakı Baykonur kosmik bazasından orbitə buraxılıb.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar