SON XƏBƏRLƏR

“İran Azərbaycan qarşısında diz çökəcək”-Sadiq İsabəyli

2022.10.27, 11:15
“İran Azərbaycan qarşısında diz çökəcək”-Sadiq İsabəyli

Gunaz.tv

İranda Məhsa Əminin ölümü ilə bağlı etiraz aksiyaları səngimir. Aksiyaları dağıtmaq üçün xüsusi qüvvələr cəlb olunub. Aksiya iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirib. 

Təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.

Bir neçə şəhərdə eyni vaxtda başlayan aksiyalar zamanı hökumət məmurları ilə xalq arasında qarşıdurmalar yaranıb. Tehran, Kərəc, Şiraz, Rəşt, Sənəndəc, Saqqız, Məşhəd, Bukan, Ərak, Xoraseqan, Qəzvin, İsfahan və başqa şəhərlərdə öyrəncilərin və orta məktəb şagirdlərinin əvvəlkilərə nisbətən daha çox olduğu deyilir. 

img-20221026-wa0000.jpg

Məhsa Əmininin doğulduğu şəhər olan Saqqızda hökumət qüvvələri nümayişçilərə qarşı zor tətbiq edib. Nəticədə toqquşmalar baş verib. 

Kürdüstan əyalətinin mərkəzi Sənəndəc şəhərində silahlı məmurlar nümayişçilərə odlu silahlardan atəş açıb. Bir neçə nəfərin yaralandığı və öldüyü barədə xəbər və videolar yayılıb. Bununla yanaşı universitetlərdə də başlayan öyrənci nümayişlərinin yatırılması və aksiyaların şəhərə yayılmasının qarşısının alınması üçün çox sayda xüsusi təyinatlı qüvvələr ali təhsil ocaqlarına göndərilib.

İran daxilindəki xalqın etirazını güc yolu ilə yatırmaqla yanaşı Azərbaycanla sərhədə hərbi təlimlər keçirməklə, eyni zamanda Zəngəzur vilayətinin Qafan şəhərində İranın Baş Konsulluğunun açmaqla rəsmi Bakıya “hədə-qorxu” gəlib.

632ac78ed4d1a.jpg
Bu məsələlərlə bağlı Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin İdarə Heyətinin üzvü Sadiq İsabəyli “Xalq Cəbhəsi”nin suallarını cavablandırıb.

- İranda məlum hadisələr nədən xəbər veirir, sonu nə ilə nəticələnə bilər?

- İran adlanan ölkədə baş verən kütləvi etirazlar artıq ikinci aya girib və bu aksiyalar həm kütləviləşir, həm də dərinləşir. 

Rerjimin bütün hakimiyyət sistemini də təsir altına almaqdadır və həm ruhanilərin, həm siyasətçilərin, həm də hakimiyyətin öz içində müəyyən çatların yaranmasına gətirib çıxarır. Yavaş-yavaş bu müxtəlif yerlərdə özünü göstərir, misal üçün, dini mərkəzərdə bir sıra ayətullahların içində artıq bəzi narazı qüvvələr meydana çıxıb. 

Sünni məzhəbli Bəluçistanda olan ruhani şəxslərin işində gərgin bir şərait var. Əbdül Həmid adı ilə tanınan bir şəxs var ki, ona böyük hörmət göstəriblər. 

O cümə namazında bu rejim tərəfində öldürülən günahsız 100-ə yaxın insanın nədən öldürüldüyünü ifadə edib. Bunun da bütün məsuliyyətini İran adlanan ölkənin dini rəhbərinin üzərrinə qoyub və deyirdi ki, burada yerli icra və polis orqanları insanları sakitləşdirirlər. İnsanlar namaz üstündə öldürülüb, onların arasında uşaqlar da var, yaranlananların sayı çoxdur. 

694535_sqs6e5xx8r.jpg

Bütün bunların hamısı onu göstərir ki, rejimin ideoloji siyasəti çöküş yaşayır, həm də öz içində narazı qüvvələr ortaya çıxıb. İş o yerə çatıb ki, artıq b ir çox dövlət məmurları işə çıxmır, qaçırlar, bəzi məlumatlara görə, hətta xaricə qaçmağı planlayıblar. Bir sıra mollalar ümumiyyətlə, öz geyimlərində küçələrə çıxmırlar, çıxanların da əmmaməsi insanlar tərəfindən yerə çırpılır. 

Onları təhqir edirlər, ölkənin ictimai, siyasi həyatında yeni bir görüntü yaranıb. Ona görə də bunun nəticəsi rejim üçün xoşagələn olmayacaq. Hakimiyyətdaxili çatların artması, aksiyaların getdikcə genişlənməsi onu göstərir ki, rejim öz içindən çökəcək. 

İqtisadi sahədə də edilən cinayətlər var ki, rejim dövlət büdcəsini, ölkənin iqtisadiyyatını öz əlinə keçirib. Özləri holdinqlər qurublar, büdcəni mənimsəyir, nəticədə əhalinin sosial rifahı pisləşir. Hər beş nəfərdən üçü yoxsulluq içində yaşayır. Bu da o deməkdir ki, sosial narazılıqlar da var. Aksiyanın mahiyyətində gənclıər azadlıq istəyir, İran adlanan ölkədə qeyri fars millətlər yaşayır, 35 milyondan çox türk var, onların da milli, siyasi, iqtisadi hüquqları pozulur. 

Onlara qarşı 43 ildə ancaq ayrı-seçkilik olub, onlara olmazın zülmlər edilib. Güney Azərbaycanın bir çox şəhərlərində işsizlik var, insanlar məcbur olub öz yerlərini tərk edib fars bölgələrinə gediblər. Güney Azərbaycanın şəraiti elədir ki, orada gənclərin, ümumiyyətlə, insanların şəraitini yaxşılaşdırmağa imkanlar var.

Bizim mədənlər, yeraltı sərvətlərimiz, kənd təsərrüfatı, turizm, ticarət imklanlarımiz genişdir. Amma onların hamısı məhdudlaşdırılır. Bu amillər həm də bəlucların, ərəblərin yaşadığı bölgələrdə də var. Bunun çox ciddi nəticələr olacaq. Daxili ixtilafların böyüməsi də nəticəsiz qalmayacaq.

- Zaman-zaman etiraz aksiyalrı İranı bürüyüb, bu, ilk deyil. Amma amansızlıqla yatırılıb. Bu aksiyalar digərlərindən hansı xüsusiyyət və tələbləri ilə fərqlənir?

- 1979-cu ildən bəri İslam İnqilabı adı altında hakimiyyətə gələn bu rejim zamanında narazılıqlar baş qaldırıb. Rejim öz müxaliflərini öldürdü, zindana saldı, bir çoxları xaricə üz tutdu. O vaxtdan bu günə kimi rejimin zülmləri davam edib. Hər bir etiraz amansızlıqla yatırılıb. Amma o dövrdə insanlar bir sıra sosial ictimai fərdi azadlıqların olması ilə bağlı hakimiyyətdə islahatların aparılmasına etiraz edirdilər. 

Məsələn, Xatəmi dövründə 1997-dən başlayaraq onun bir sıra vədləri vardı ki, biz ölkə daxlində çalışmalıyıq, insanların minimum hüquq və azadlıqlarını verək, insanlara elə şərait yaradılsın ki, öz sözlərini deyə bilsinlər.

Amma gördük ki, vəziyyət daha da ağlrlaşdı, iş o yerə gəldi ki, mətbuat bağlandı, universitet öyrəncilərinə təzyiq edildi, həbs olundu, bir sıra ziyalılar hakimiyyət, təhlükəsizlik orqanları tərəfində evlərində öldürüldü. Bu da böyük narazılıqlara səbəb oldu. 

Xatəmin dediyi islahatlar aparılmadı. İnsanlar gördülər ki, Xatəmi rejimin verdiyi vədlər yerinə yetirilmir. Bu rejim insan haqlarına belə hörmət etmir. O haqqı vətəndaşına vermir. Qadınlara öz geyimlərində sərbəst olmaları belə qadağan edildi. Əxlaq polisi yaradılıb, gənc qadınlar tutulur, döyülür, son hadisələrdə bir gənc xanımın həyatının itirlməsinin nəticəsidir. 

Xalq Ali dini rəhbərin özünü hədəfə alıb “Ölüm olsun diktatora”, “Ölüm olsun Xameneyə”, “Qadınlara azadlıq” şüarları səslənib. Bu da onu göstərir ki, xalq bu rejimin siyasətini, vədinə artıq inanmır. İnsanlar bu rejimdən heç nə gözləmir. İndiki aksiyaların əvvəlkilərindən fərqi insan azadlıqlarının aparılması üçün islahatların tələb olunmasıdır. Amma hakimiyyət bundan qaçır. Bu mənada etirazların kütləviləşməsi qaçılmazdır.

- İran İslam Respublikası... Bu ölkədə islamı dəyərlər necə qorunur?

- Fars şiəçiliyi farsçılığa əsaslanan bir ideoloji məzhəbdən yanaşmadır. Dini baxış deyil, şəriət baxışıdır, dindən çox fərqlidir. Bəziləri düşünür ki, İranda bir dini, islamı rejim qurulub. Xeyir, bu belə deyil. Şəriəti farsçılıq əsasında həyata keçirilən rejimdir. Bunun dini yanaşması, Qrurandan təhlili olduqca fərqlidir.

Siz əgər İran adlanan ölkənin ruhanilərin danışıqlarına, dərslərinə baxsanız orada çox rahat şəkildıə görəcəksiz ki, onlar Qurandan, Peyğəmbərin hədislərindən yola çıxaraq insanlara bir şey anlatmırlar. 

Daha çox rəvayətlər üzərindən danışırlar ki, bu rəvayətlər olduqca gülüncdür. Misal üçün, filan imamla filan heyvan danışdı. Göyərçin getdi filan imama şikayət etdi ki, bəs niyə filan yerdə bu iş olub. Yəni rəvayətlər üzündən insanlara guya din anladırlar. Bunların heç birinin dinlə, islamla əlaqəsi yoxdur, uzlaşmır. Belə olan halda insanlar artıq bu rejimin mahiyyətini dini sevən, ədaləti sevən, haqqın, ədalətin, dinin bir sıra dəyərləri üzərində qurulan hakimiyyət kimi görmür. 

Yaxşı olardı ki, bunu Quzey Azəraycanda da görməsinlər. Çünki, farsçılıq yanaşması terrora yönəlik yanaşmadı. Bunların tarixində də hər zaman terror, hər zaman basqı prinsipləri vardı. Bu prinsiplər üzərində siyasi hakimiyyətə nüfuz ediblər, ruhani cəmiyyətində özlərinə yer alıblar, məqsəd gəlir imkanlarını artırmaqdır. 43 ildə bunu dövlət səviyyəsində bir dini, ideoloji siyasi sistemə çeviriblər və bundan istifadə ediblər. 

Guya din və islam dəyərlərindən danışılır, amma mahiyyətdə farsçılıq və fars şiəçiliyi üzərindən bir sıra rəvayətlərə dayanıb gündəmə gətirirlər. Bu rejimi islam dövləti, İslami bir ölkə adlandırmaq yanlışdır, mollaların büdcədən oğurladıqları pul, insanlara etdikləri zülmləri gördükdə bu, açıq şəkildə özünü göstərir.

- Sadiq bəy, maraqlıdır başda ABŞ olmaqla, dünya İranı nüvə silahı əldə etmək istəyindən daşındıra bilmir. Amma nədənsə Vaşinqton Yaxın və Orta Şərqdə həyata keçirdiyi hərbi əməliyyatları İrana tətbiq etmir...

- ABŞ İranla bağlı illərdir nüvə danışıqları aparıb, ya birbaşa, ya dolayısı yolla, müxtəlif formatlarda. Dəfələrlə müxtəlif danışıqlarda artıq razılığa gəlindiyi söylənilib, sonra alınmadığı aydın olub. Tramp dövründə bu razılaşmanın mənasız olduğunu görüb, danışıqlardan imtina etdi. Bundan sonra da razılığa gəlinməsi üçün bir sıra görüşlər oldu. 

Amma göründü ki, bu baş tutmadı. İran ümumiyyətlə çalışır ki, Avropa dövlətlərinin, xüsusilə Fransanın vasitəsilə bu nüvə danışıları üzərindən Qərb dövlətlərindən imtiyazlar alsın. ABŞ-dan o imtiyazları alsın ki, o razılaşmadan sonra hər hansı sanksiyanı tətbiq etməyəcəyini təsdiqləsin.

İranın siyasi rejiminin dəyişdirilməsi ilə bağlı ABŞ hər hansı bir fəaliyyətdə olmasın. İran adlanan ölkənin terror şəbəkəsinə qarşı ABŞ hər hansı bir əməliyyat keçirməsin, söhbət terrorizmlə bağlı ABŞ-ın mübarizəsindən gedir. 

Bu sahədə İrana sərbəstlik versin. Yəni İran ancaq imtiyazlar almaq istəyir. İranın Yaxın və Orta Şərqdəki təxribatları getdikcə genişlənir. 

Nəzərə alsaq ki, ABŞ beynəlxalq terrorizmə qarşı mübarizədə bir sıra hərbi əməliyyatlar həyata keçirib. Amma İranla işi olmayıb. Bunun bir çox səbəbləri var. ABŞ çalışır, İrana göstərsin ki, bu rejimi dəyişmək istəmir. 

ABŞ-da bir sıra lobbi qrupları var, məsələn, NAYAK, İranın keçmiş xarici işlər naziri Cavad Zərif qurub. Bu lobbinin tərkibində çox sayda şirkətlər var ki, onların maraqları əsasında lobbiçilik bir sıra işlər görülür. ABŞ-ın xarici siyasətinə, İranla bağlı siyasətinə təsirləri var. 

Bütün bu təsirlərlə yanaşı, erməni lobbisi Fransanın dəstəyi ilə ABŞ-ın Demokratlar Partiyasına olan nüfuzunu nəzərə alaraq İrana qarşı siyasətinə təsir göstərirlər. 

Orada senatorlara, konqresmenlərə təsir edirlər ki, İranla işiniz olmasın, İran o qədər də aqressiv ölkə deyil və s. 

Bu səbəblərin hamısını nəzərə alanda görürük ki, ABŞ çalışır ki, İranı yola versin. Daha çox onunla anlaşsın. Barak Obama dövründə embarqoların aradan qaldırılması məsələsi gündəmə gəldi və o, İrana 150 milyard dollar pul verdi. Bu vəsait hara xərcləndi, hansı terror qrupların sərf olundu, insanların həyat səviyyəsinə nə qədər xərcləndi, bilinmədi. 

Ona görə də görürük, ABŞ bu məsələdə İrana hərbi əməliyyatlar tətbiq etmir. İran da bundan şirniklənir. Fikir verirsizsə, İran hətta İsrail dövlətini yox etməklə bağlı çıxışlar edir. Buna baxmayaraq, yenə də ABŞ İrana qarşı elə bir siyasət yürüdür ki, rejim geri çəkilməsin. Fransanın ABŞ-ın xarici siyasətindəki təsir gücü burada böyük rol oynayır. 

İraq, Suriya və Yəməndə terrorizmin genişlənməsi İran adlanan ölkədə dövlət səviyyəsində dəstəklənməsidir və bir çox qarşıdırmaların yaranmasına gətirib çıxarır. İsrail də bu aspektdən çıxış edir ki, İran təkcə ona yox, bütün dünyaya təhlükədir.

Bunun nümunəsini biz Rusiya-Ukrayna savaşındada görürük ki, İran Moskvaya intihar dronlar verməklə dinc əhalinin qırılmasına səbəbkardır. Rusiya kimi İran adlanan ölkə də bu cinayətə imza atıb. 

Gerçəkdən lazımdır ki, İranın bu fəaliyyətləri ilə bağlı ABŞ yenidən öz siyasətinə baxsın. Onun bu rejimə qarşı mövqeyi rejimə müxalif olan qüvvələri də narahat edir. Amerikanın İran üzrə xüsusi nümayəndəsi Robert Mali deyib ki, İran insan haqları ilə bağlı yumşaq davranmalıdır. Onun bu fikri insanları hiddətləndir ki, axı İran insanlarla yumşaq davranmır, cinayət törədir. 

15-17 yaşlı uşaqları öldürürlər, sonradan tibbi rapor yazırlar ki, guya onlar intihar ediblər, hansısa xəstəlikdən ölüblər. Küçələrdə insanlasr güllələnir, işgəncə altında öldürülür. Hədis Nəcəfiyə 6 güllə vurublar. 20 yaşlı qızı Kərəz şəhərində öldürdülər. Bu azərbaycanlıdır, türkdür. Bütün bu cinayətlər göz qabağında olduğu bir halda ABŞ İranda insan haqlarının qorunması məsələsinə ciddi yanaşsa yaxşı olardı.

- İranın Azərbaycana qarşı siyasətinə gələk, rəsmi Tehran bununla nə demək istəyir?

- Artıq dəfələrlə deyilib ki, İran adlanan ölkə Azərbaycanın dövlət müstəqilliyini, güclənməsini, bölgədə söz sahibi olmasını istəmir. Bunu hər zaman özünə təhdid görüb. Tehran siyasətinin mayasında Azərbaycana qarşı təxribat dayanır. Azərbaycanın zəiflədilməsi üçün əlindən gələni edən İran bu istiqamətdə Ermənistana istənilən - hərbi, iqtisadi, siyasi yardımlar edib, indi də davam edir. 

İran 35 milyon Azərbaycan türkünə qan uddurur, amma 35 min erməniyə bütün haqlarını verir – məktəb, mədəniyyət mərkəzi , idman kompleksləri, kitabxanalar, öz dillərində mətbuat, jurnal dərc etmək hüququ verib.

Erməni məktəblərində tədris olunan dərsliklərin içinə baxanda orada daşnaqların ideoloji siyasi terror baxışlarının yer aldığını görürük. Ermənilər onun əsasında tərbiyə olunurlar. “Alik” adlı bir qəzet var, başdan-ayağa daşnaq ideologiyasını təbliğ edir. 

İranda yaşayan ermənilər potensial terrorist kimi böyüyürlər, tərbiyə alırlar. Tehranda ermənilər qondarma soyqırım adı altında yürüşlər, Türkiyənin İrandakı səfirliyi qarşısında aksiya keçirirlər. Erməniləri bu tərzdə yetişdirən, ona qol, qanad verən İran hakimiyyətindən azərbaycanlılara xoşməramlı münasibət gözləmək olar?

İran Azərbaycanda “şiəşiliyi”, fars şiəçiliyini təbliğ edir, gəncləri, yeniyetmələri aparıb Qum şəhərində oxutdurub onlara farsçılıq ideologiyası aşılıyıb Azərbaycana qarşı istifadə edir. Onlardan terrorçu yetişdirir, Azərbaycana qarşı terror fəaliyyətlərinin həyata keçirməsində onlardan istifadə etməyə çalışır. 

Eyni zamanda həmin gənclərlə ermənilər arasında münasibətləri yaxşılaşdırır. Həmin gənclərə gələcəkdə bölgələrdə terror şəbəkələrinin qurulması planlarında yer ayırır. Qasim Süleymani öldürüldükdən sonra Livanda, İraqda Suriyada fəaliyyət göstərən SEPAH Pasdaranın Qüds qoşunları kiçik 3-4 qrupdan ibarət mobil terror şəbəkələrinin ququlması üzərində iş apardılar. 

Azərbaycandan da aparılan insanlara o qruplarda yer verilib. Sonradan Azərbaycanın daxilində bu qüvvələrdən istifadə edilsin. Xatırlayırsız, bu günlərdə şəhidlərin dəfn mərasimində hüeynçilər sinə vurdular, dini şüarlar səsləndirdilər.

Qüds qoşunu və onun ətrafında formalaşan hüseynçilər dəstəsinə üzv qüvvələr Azərbaycanda terror aktları törədə bilərlər. Bunun üçün həm Rusiyada yaşayan azaərbaycanlılardan, həm də Azərbaycandan İrana getmiş gənclərdən istifadə oluna bilər.


Bunlar hamısı İran adlanan ölkənin siyasətindən qaynaqlanıb. Bütün bunlar onu deməyə əsas verir ki, Tehranın Azərbaycana qarşı siyasətinin mayasında düşmənçilik durur.

- Tehranın Azərbaycanla sərhədə hərbi texnika cəmləməsi, hərbi təlimlər keçirməsi nə məqsəd daşıya bilər?

- Bunun bir neçə məqsədi var. Biri də İranda aksiyaların səngiməməsidir. Güney Azərbaycanın bu aksiyalara aktiv qoşulacağı ehtimalını nəzərə alaraq o qoşunları sərhəddə yeləşdirib. Həm də İran mediasında göstərsinlər ki, bizə qarşı xarici saldırı var və bunun içində həm də Azərbaycan və Türkiyə var.

Türkə qarşı nifrət siyasəti fars rejimində o qədər təbliğ olunub ki, fikirləşirdilər ki, bu nifrətdən doğan insanların duyğuları ilə oynasınlar. Demək istəyirdilər ki, əgər İranda aksiyalar genişlənərsə o zaman türklər bundan istifadə edəcək, ölkə parçalana bilər. 

Ondan öncə Cavad Zərif bir müsahibəsində deyib ki, Qərb dövlətləti, özəlliklə Fransa deyib ki, nüvə danışıqlarında bir sıra güzəştlərə getməlisən. Getməsən, İran adlanan ölkə artıq iki həftə ərzindəı türklərin əlinə keçə bilər. Türklər deyəndə Güneydəki Azərbaycan türkləri nəzərdə tutulur. Güney Azərbaycanın etiraz aksiyalarına qoşulması potensialı rəsmi Tehranı əndişələndirib. 

Ona görə də bu rejim hərbi texnikasını həmin bölgəyə yerləşdirmək qərarına gəldi. Azərbaycana da hədə-qorxu gəlmək istədi. Amma həmin texnikaların mahiyyətinə, vəziyyətinə baxanda, görürsən ki, çox acınacaqlı durumdur. 

Çünki, SEPAH və ona verilən büdcənin üçdə ikisi mənimsənilib, oğurlanıb. İllik 22 milyard dollar büdcə alır, çox ehtimal ki, bu il daha da artırılacaq. SEPAH-ın çox ciddi və güclü hərbi qüvvəsi yoxdur. Onlar daha çox raket, dron və terror qruplarının gücünə güvənirlər.

Amma onların hərbi təlimlərin sərhəddə keçirməsi daxilə hesablansa da, mediada Azərbaycan dövlətinə təhdid kimi göstərməyə çalışdılar. Həmin təhdidi gerçəkləşdirmək isə imkansızdır.

- İranın Qafanda konsulluq açması, sizcə, nəyə hesablanıb?

- İran çalışır ki, Azərbaycana nifrətini müxtəlif formalarda biruzə versin. Konsulluğun binası kimi İran adlanan ölkənin də siyasəti yarım yapalaqdır. 

O mənadakı, çalışdı bəzi Avropa ölkələrinə, xristian ölkələrinə özəlliklə Fransaya bu mesajı versin ki, mən Ermənistanın təhllükəsizliyini qorumaq imkanına sahibəm və görürsüz ki, konsulluq da açıram və gələcəkdə də Təbrizdə ermənilərin konsulluğu açılacaq.

Belə bir yanaşma ilə çalışır ki, Avropa ölkələrinin maraqlarını özünə cəmləsin. 

Bununla da İran adalanan ölkədə cərəyan edən hadisələrin sakitləşməsinə səbəb olsun. Gələcəkdə təxribatlar törətməkdə istifadə etsin. Qarabağda, Azərbaycanda xarici sərmayələrin qarşısının alınmasında rol oynasın. Niyyətlərdən biri də budur. Bəhanələr üzərindən bunu edir, hamısı da yersizdir, əsassızdır. 

Çünki Azərbaycan Prezidenti bu məsələlərlə bağlı İran tərəfə konkret fikirni, özü də məntiqli və tutralı fikrini bildirib. Azərbaycanın hərbi siyasi gücü, Güney Azərbaycanın imkanları, orada Azadlıq Hərəkatının güclənməsi İranın Azərbaycan dövlətinə qarşı hər hansı təxribatının böyüməsi imkanını çox azaldır.

Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə çıxışlarının bvirində deyib: Azərbaycan dövlətinin sərhədlərindən kənarda yaşayan azərbaycanlıların sayı bir neçə dəfə Azərbaycandakıdan çoxdur. Bu da birbaşa Güney Azərbaycana işarədir. 

Bu da o deməkdir ki, 50-60 milyon azərbaycanlı, o tərəfdən Türkiyədə yaşayan 80-90 milyon türk, bu tərəfdən Türkistan, Turana gedən türk dövlətlərinin də sayını nəzərə alanda bölgədə 300 milyondan çox türkün varlığından söhbət gedir ki, bu artıq regional deyil, qlobal gücdür. Nəzər alsaq ki, bu dövlətlərin iqtisadi gücü çoxdur. 

İran adlanan ölkədə bir ovuc farsın çöllüyün ortasında qalma təhlükəsi var. İranı bu qorxuya salıb. Bilir ki, Güney və Guzey Azərbaycanın coğrafi imkanları da geostrateji imkanlardır, mədəniyyət və dünya ticarətini qovuşduran imkanlardır. 
Ona görə də Azərbaycanın güclənməsi İranı qorxudur. 

Azərbaycan zəngin dövlətçilik təcrübəsi olan dövlətdir, savaşda qələbə qazanan dövlətdir, siyasi, iqtisadi , hərbi gücü var, hərbi, siyasi nöqteyi nəzərdən təcrübüəli, müdrik sərkərdəsi var. İlham Əliyevin nüfuzu bütün Avropanı fəth edib, barmaqla göstərilir ki, Qafqazda belə bir sərkərdə var. 

Hətta Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu var. Bu qədər üstünlüklər fonunda İran rejimi özü zəifləyəcək, Azərbaycan qarşsında əriyəcək, diz çökəcək...(xalqcebhesi.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar