İran Azərbaycan səfirliyinə terror hücumu ilə bağlı sənədlərin qəbuluna mane olub

01.02.2023, 13:48

27 yanvar tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumunun beynəlxalq səviyyədə pislənməsi, terror aktını təşkil edənlərin və törədənlərin müəyyənləşdirilərək tezliklə cəzalandırılması, eləcə də Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə çağırışların yer aldığı müvafiq sənədlər qəbul edilmək məqsədilə aidiyyəti beynəlxalq təşkilatlar və platformalara təqdim edilib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə XİN-dən məlumat verilib.

Qeyd edək ki, sözügedən terror aktı törədiləndən indiyə qədər səfirliyimizə qarşı silahlı hücum ayrı-ayrılıqda 100-ə yaxın ölkə və bir sıra beynəlxalq təşkilatların katiblikləri tərəfindən pislənib və bu aktı törədənlərin cəzalandırılmasının zəruriliyi verilmiş bəyanatlarda vurğulanıb.

İran tərəfi üzvü olduğu və qərarların konsensusla qəbul edildiyi beynəlxalq təşkilatlarda terror hücumunun beynəlxalq müstəvidə geniş şəkildə ifşa olunmasının qarşısının alınmasına çalışıb. 

Bu xüsusda, hücumdan dərhal sonra Qoşulmama Hərəkatının (QH) Əlaqələndirici Bürosuna və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) Azərbaycan tərəfindən təqdim edilmiş kommünike və bəyanat layihələrinə İran tərəfi etiraz edib və bu sənədlərin qəbuluna mane olub.

İran tərəfi bununla yanaşı, sözügedən təşkilatlarda öz mövqeyinə dəstək məqsədilə bir çox ölkələrə müraciət etsə də, Qoşulmama Hərəkatında 120 ölkə arasından İranın mövqeyinə dəstək verən yalnız Suriya və Hindistan olub. 

Bu üç ölkə sözügedən sənədlərin qəbuluna qarşı çıxan zaman səsləndirdiyi əsas iddia guya əvvəllər Qoşulmama Hərəkatında ayrı-ayrı ölkələrdə terror hücumlarının pislənmədiyi və bu ölkələr arasında ikitərəfli məsələlərin Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalara gətirilmədiyi olub.

Halbuki, Qoşulmama Hərəkatı bir çox hallarda üzv ölkələrində baş vermiş terror hücumlarını pisləyən, diplomatik missiyaların mühafizəsinə vurğu edən bir sıra sənədlər qəbul edib.

İran tərəfinin bu təxribatçı addımını pisləyir və beynəlxalq öhdəliklərinə riayət etməsinin zəruri olduğunu bildiririk. 

Azərbaycan tərəfi səfirliyinə qarşı terror aktının geniş şəkildə pislənməsi və terror aktını törədənlərin cəzalandırılması üçün bütün müvafiq beynəlxalq platformalardan istifadə edəcək.(apa)

ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

I Türkçülük Çalışmaları sempozyumu

2023-03-28

gun az article

Türkiyə İrandan ikiqat güclüdür və fərqi artırır

2023-03-28

gun az article

İlham Əliyev: "Fransanın Azərbaycana ədalətsiz və mənfi münasibəti təsadüfi deyil"

2023-03-28

gun az article

Türkiyədə iranlı mühacirlərin sayı kəskin artıb

2023-03-28

gun az article

Prezident: Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir

2023-03-28

gun az article

Prezident Laçına xüsusi nümayəndə təyin etdi

2023-03-28

gun az article

İranda daha 8 iş yeri oruc tutulmadığına görə bağlandı

2023-03-28

gun az article

Britaniya kəşfiyyatı: "Rusiyanın 10-cu tank alayı döyüş texnikasının çoxunu itirib"

2023-03-28

gun az article

Türkiyə Müdafiə Nazirliyi Fransa parlamentinə etiraz edib

2023-03-28

gun az article

İranlılar kapitallarını Türkiyəyə daşıyır

2023-03-28

gun az article

İran məhkəməsinin sədri şəriət qaydalarına əməl etməyənləri hədələdi

2023-03-28

gun az article

Rusiya Ukraynaya aviasiya bombaları atıb, yaşayış evləri dağılıb

2023-03-28

gun az article

Dövlət Departamenti: “ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir”

2023-03-28

gun az article

MN: "Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir"-VİDEO

2023-03-28

gun az article

İran dünyanı hədələdi

2023-03-28

gun az article

Ağ Ev: "İrana bağlı qüvvələrinin hücumlarına baxmayaraq, Suriyadan geri çəkilməyəcəyik"

2023-03-28

gun az article

Rusiya Ukraynada daha 570 hərbçisini itirdi

2023-03-28

gun az article

İranın keçmiş prezidenti qızı həbsxanadan məzuniyyətə buraxılıb

2023-03-28

gun az article

"Rusiya İrana kiber avadanlıq verir"- “Vol Strit Jurnal”

2023-03-28

gun az article

Tehranda polis qüvvələrinin sayı artırılır

2023-03-28