SON XƏBƏRLƏR

İran zindanlarında daha iki məhbus öldürülüb

2022.06.04, 05:06
İran zindanlarında daha iki məhbus öldürülüb

Gunaz.tv

Məlumata görə, Kərəc və Bircənd şəhərlərinin zindanında saxlanılan iki məhbus müalicəsinə imkan verilmədiyi üçün ölüb.

Təşkilat bildirib ki, ölən məhkumlardan biri Bircənd zindanında saxlanılan Gülağa Naruyi adlı məhkum ürək çatışmazlığına əziyyət çəkirmiş. Lakin onun müayinə və müalicəsinə icazə verilməyib.

Kərəc zindanında məhkumluq dövrünü keçən Cavad Əmirxani Tusi adlı başqa bir məhbus da laqeydlikdən ölüb.

Zindanın tibb məntəqəsinə müraciətlərinə baxmayaraq onun müalicəsindən imtina edilib, məhkum dərman preparatları ilə təmin edilməyib.

Aprelin 12-də Beynəlxalq Əfv Təşkilatının yaydığı 108 səhifəlik hesabatda son 12 ildə İran zindanlarında öldürülən çox sayda məhkumdan bəhs edilir.

"İran hakimiyyətinin insan həyatına dəhşətli etinasızlığı faktiki olaraq İran həbsxanalarını xəstə məhbusların ölümlərini gözləmə otaqlarına çevirib və ölümcül xəstəlikləri olan məhbusları acınacaqlı vəziyyətə salıb"-deyə, Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə vitse-prezidenti Diana Əl-Tahavi xəbərdarlıq edib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar