SON XƏBƏRLƏR

İrana qarşı mümkün hücum üçün İsraildə 1,5 milyard dollarlıq büdcə təsdiq edilib

2021.10.20, 07:36
İrana qarşı mümkün hücum üçün İsraildə 1,5 milyard dollarlıq büdcə təsdiq edilib

Gunaz.tv

 Bu barədə İsrail televiziyasının “Şəbəkə 12” telekanalı oktyabrın 18-də məlumat yayıb.


Bildirilir ki, sözügedən büdcə, İranın nüvə mərkəzlərinə qarşı mümkün hücumda İsrail ordusunun hazırlıq səviyyəsini qaldırmaq üçün qəbul edilib.


İsrail telekanalının yaydığı məlumata əsasən, təsdiq edilən 1,5 milyard dollarlıq büdcə vəsaiti İranın möhkəm yeraltı nüvə mərkəzlərinə qarşı keçiriləcək hücumda istifadə ediləcək hərbi təyyarələrin, pilotsuz uçan aparatların, digər ağır silah-sursatın alınmasına və ya hazırlanmasına və hücum planına uyğun olaraq lazımi məlumatların toplanılmasına sərf ediləcək.  


İsrail telekanalı İrana qarşı hücum etmək üçün belə bir büdcə layihəsinin təsdiq olunması barədə məlumat yaysa da, İsrail hökumətinin yüksək vəzifəli rəsmilərinin heç biri hələlik bu xəbəri təsdiq etməyib.


 Qeyd edək ki, həm Amerika, məm də İsrail rəsmiləri son günlər İranın müxtəlif bəhanələrlə nüvə razılaşmasının canlandırılması üçün Vyanada aparılan danışıqlardan boyun qaçırmasına toxunaraq, hər iki ölkənin rəsmi Tehran qarşısında səbrinin tükəndiyini bildiriblər.


İranın danışıqlar masası arxasına qayıtması üçün fürsətinin başa çatmaq üzrə olduğunu bildirən hər iki ölkənin rəsmiləri, Vyana danışıqları uğursuz qalacağı təqdirdə İrana qarşı digər seçimə, (hərbi hücum-red) üz tutacaqlarını vurğulayıblar.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar