SON XƏBƏRLƏR

CENTCOM: “İrana qarşı müxtəlif hərbi seçimlərimiz var”

2021.12.10, 11:23
CENTCOM: “İrana qarşı müxtəlif hərbi seçimlərimiz var”

Gunaz.tv

İran rejiminin hazırda Orta Şərq regionuna qarşı ən böyük təhdid olduğunu bildirən general Mackenzie deyib ki, Amerika Birləşmiş Ştatlarının İrandan gələn təhdidin qarşısını almaq üçün müxtəlif hərbi plan və seçimləri var.

“Əgər Tehran bizim İraq və Suriyadakı qüvvələrimizə hücumlarını davam etdirəcəyini, Vyanada isə nəticəsiz müzakirələr aparmaqla öz nüvə proqramını inkişaf etdirə biləcəyini düşünürsə çox böyük səhvə yol verir.

İran bilməlidir ki, ABŞ-ın strateji bombardmançı təyyarələrinin digər ölkələrin qırıcıları ilə birlikdə regionda həyata keçirdiyi uçuşlarda məqsəd Tehrana açıq və şəffaf bir mesaj göndərməkdir.

Bir daha bildiririk ki, İran rejimi hazırda Orta Şərq regionuna və onun ətrafındakı ölkələrə qarşı ən böyük təhdid olaraq qalır”, -deyə ABŞ-ın Mərkəz Komandanı (CENTCOM) general Frank Mackenzie “The Financial Times” qəzetinə açıqlamasında bildirib.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar