SON XƏBƏRLƏR

İrana sığınan axtarışda olan azərbaycanlılar Qarabağda baş verənləri təhrif edir

2022.09.13, 05:19
İrana sığınan axtarışda olan azərbaycanlılar Qarabağda baş verənləri təhrif edir

Gunaz.tv

Onlara məxsus teleqram kanalları ermənilərin Kəlbəcər və Laçın bölgələrində təxribatlarını Azərbaycan tərəfinin iddiası adlandırıb.

Həmin kanallar Azərbaycanın cavab zərbələrinin Qarabağda deyil, Ermənistan ərazisində həyata keçirildiyini "böyük sual" kimi təqdim edib.

"Ermənistanın Gorus, Cermuk və Vardenis şəhərləri Azərbaycan ordusunun artilleriya atəşinə məruz qalıb.
Döyüşlər daha çox Qarabağda deyil, hazırda Ermənistanın Sünik vilayəti adlanan Zəngəzur rayonunun ucqarlarında başlayıb.

Bu da böyük sual işarəsidir"-deyə, "islam inqilabı" teleqram kanalı yazıb.

Ermənistanın Gorus, Cermuk və Vardenis şəhərlərinin Azərbaycan ordusunun artilleriya atəşinə məruz qaldığını iddia edən kanal Azərbaycan ordusunun üç erməni kəndinə də artilleriya zərbələri endirdiyinə dair erməni tərəfinin iddiasını yayıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar