SON XƏBƏRLƏR

İranda 20 milyon nəfər qeyri-standart yaşayış yerlərində yaşayır

2022.02.15, 10:59
İranda 20 milyon nəfər qeyri-standart yaşayış yerlərində yaşayır

Gunaz.tv

Müctəba Yusifi bildirib ki, dövlətin yanlış siyasətləri ucbatından 20 milyondan çox insan marginallaşmış bölgələrdə qeyri-standart və yaşayışa uyğun olmayan sığınacaqlarda, ən azı 6.5 milyon nəfərin isə kirayə evlərdə yaşayır.

“İqtisadi durum birbaşa mənzil və kirayə bazarı daxil olmaqla bütün bazarlara təsir edir və 50% inflyasiya ilə üzləşən ölkədə mənzil bazarının da bu inflyasiya tempindən təsirlənəcəyi qaçılmazfır”-deyə, Yusifi “İlna” xəbər agentliyinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, məhsuldar iqtisadiyyat zəiflədikdə, inflyasiya artdıqca müxtəlif mal və xidmətlərin qiymətləri təbii olaraq artır.

Müctəba Yusifi hesab edir ki, investorlar inflyasiyadan təsirlənən sərmayələrini dəyərləndirmək üçün qısa müddət ərzində aktivlərini mənzil sektoruna yatırır, bu isə kirayə haqlarının sürətlə artmasına səbəb olur.

Müctəba Yusifi özəlliklə son ilər inflyasiya və başqa iqtisadi səbəblərdən dolayı dövlət tərəfindən yeni yaşayış yerlərinin tikintisinin önəmli dərəcədə azaldığını, bundan öncəki on illikdə tikilən 900 min mənzilin qarşılığında son on illikdə yalnız 200 mənzilin tikildiyini bildirib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar