SON XƏBƏRLƏR

İranda ağır yol qəzası: Dəhşətli qəzada 5 SEPAH-çı öldü

2021.11.16, 08:28
İranda ağır yol qəzası: Dəhşətli qəzada 5 SEPAH-çı öldü

Gunaz.tv

Yayılan məlumatlara əsasən, qəza noyabrın 14-ü yerli vaxtla səhər saat 09:00 radələrində Kürdüstan əyalətinin Bicar-Divandərə magistral yolunda baş verib. 


Bicar Təcili tibbi yardım mərkəzinin rəisi Meysəm Xeyrullahzadə mediaya açıqlamasında deyib ki, yüksək sürətlə hərəkətdə olan və SEPAH-çıları daşıyan “Prayd” markalı avtomobil qarşı istiqamətdən gələn yük maşını ilə toqquşub. 


“Toqquşma nəticəsində minik avtomobilinin sürücüsü də daxil olmaqla 5 SEPAH-çı yük maşınının altında qalaraq yerindəcə həlak olublar.  

Hər 5 SEPAH-çı Kürdüstanın Beytülmüqəddəs qolunun və təşkilatın Banə SEPAH-ının hava-kosmik qüvvələrinin əməkdaşları olublar”, -deyə Bicar Təcili tibbi yardım mərkəzinin rəisi Meysəm Xeyrullahzadə bildirib.


Məlumatda qəzada ölən SEPAH-çıların hamısının Bicar şəhərinin sakinləri olduğu bildirilsə də, onların adları mediaya açıqlanmayıb. 


Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar