SON XƏBƏRLƏR

İran əhalisinin 67 faizi dini qanunlarla idarə edilməsinə qarşıdır

2022.04.01, 15:10
İran əhalisinin 67 faizi dini qanunlarla idarə edilməsinə qarşıdır

Gunaz.tv

Araşdırma Mərkəzinin 16-27 fevral tarixlərində İran əhalisi arasında apardığı sorğunun nəticələrinə əsasən, xalqın 67%-i ölkənin dini qaydalar üzrə idarə edilməsinə qarşıdır.

İranda yaşayan 16.850 min nəfər arasında keçirilən sorğu iştirakçılarından 88%-i isə demokratik qaydaları rəhbər tutan siyasi sistemin hakimiyyətdə olmasını dəstəkləyir. 

Sorğuda iştirak edənlər İranda siyasi dəyişikliklərə nail olmağın yolununun əvvəlcə ölkə boyu tətillərin keçirilməsi, daha sonra isə sosial şəbəkələrdə etiraz kampaniyaları və nəhayət hakimiyyətə sivil itaətsizlikdən keçdiyini bildiriblər.

Sorğuda habelə, ölkənin müxtəlif məsul şəxsləri, eləcə də siyasi cinahların rəhbərləri və digər bu cür mövzularla bağlı da iştirakçıların fikirləri öyrənilib.

Buna əsasən hazırkı İran prezidenti İbrahim Rəisinin xalq arasında məqbulluq səviyyəsi 18%, keçmiş prezident Mahmud Əhmədinəjad isə 12%-dır.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar