SON XƏBƏRLƏR

İranda 8 məhkum dar ağacından asılaraq edam edilib

2022.03.17, 03:55
İranda 8 məhkum dar ağacından asılaraq edam edilib

Gunaz.tv

Çərşənbə günü səhər saatlarında Kərəc şəhərinin “Rəcaişəhr” zindanında qətldə ittiham olunan 3 məhkum dar ağacından asılıb.
Eyni gündə başqa bir məhkumun edam cəzasının icrası İsfahan şəhərinin “Dəstgird” zindanında həyata keçirilib.

Bununla yanaşı narkotik qaçaqmalçılığı, oğurluq və qətldə ittiham olunan və Şiraz şəhərinin “Adilabad” zindanında saxlanılan 4 məhkum edam edilib.

Onlardan birinin Əfqanistan vətəndaşı olduğu və qətldə ittiham olunaraq 5 il öncədən Şiraz zindanında saxlanıldığı bildirilir.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatının fevral ayına olan hesabatında son bir ayda İranda 23 məhkumun edam edildiyi yazılıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) bundan əvvəl İranda insan haqlarının pozulması ilə bağlı illik hesabatında təkcə 2021-ci ildə ən azı 275 nəfərin edam edildiyini bildirmişdi. 

İnsan haqları təşkilatlarının məlumatına görə, İranda edamların faktiki sayı İran hökumətinin açıqladığı rəqəmlərdən daha çoxdur.

İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar