SON XƏBƏRLƏR

BMT İranda şagirdlərin zəhərlənməsi ilə bağlı bəyanat yaydı

2023.03.04, 11:55
BMT İranda şagirdlərin zəhərlənməsi ilə bağlı bəyanat yaydı

Gunaz.tv

Bəyanatda şəffaf araşdırmalar aparmağa və bu hücumların səbəbkarlarının cəzalandırılmasına çağırılıb. 

"İranın hakimiyyət orqanları bu işin araşdırılmasına başladıqlarını deyiblər. Ancaq Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı israr edir ki, bu təhqiqat şəffaf olmalı və onun nəticələri ictimaiyyətə açıqlanmalıdır",- bəyanatda yazılıb.

Bununla yanaşı Almaniyanın xarici işlər naziri Analena Bearbuk da bu hücumları şokedici adlandırıb və vurğulayıb ki, iranlı qızların Tehran və Ərdəbildə qorxmadan məktəbə getmək haqları pozulub.

Bununla yanaşı Beynəlxalq Əfv Təşkilatı da bəyanat yayaraq Tehran rejiminin şagirdlərin zəhərlənməsi ilə bağlı məsələdə məsuliyyətsizlik etdiyini və qadınlara, qızlara qarşı zorakılıqlara laqeyd yanaşdığını bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar