SON XƏBƏRLƏR

İranda Xamneyinin baneri yandırılıb-VİDEO

2022.04.06, 08:44
İranda Xamneyinin baneri yandırılıb-VİDEO

Gunaz.tv

Qeyd edək ki, son vaxtlar islam inqilabının rəhbəri Ruhullah Xomeyni və hazırki lider Əli Xamneyinin müxtəlif şəhərlərdə quraşdırılan heykəl və banerlərinin yandırılması adi hal alıb.

Bundan öncə martın 30-da Qum şəhərinin "Mərcəiyyət" küçəsində baş verib. Sözügedən küçədə ucaldılan Ruhullah Xomeyninin heykəli yandırılıb.

Narazılar “islam inqilabı”nın banisinin heykəlinə benzin tökərək od vurub.

Fəallar sosial mediada bunu molla hakimiyyətinin təməllərinin sarsılması, vətəndaşların rejimdən olan qorxularının azalması kimi qeyd ediblər. 

Qeyd edək ki, bir müddət bundan öncəyə kimi İranda ali rəhbər Əli Xamneyinin yumşaq formada tənqid olunması belə təsəvvür olunmurdu.

Lakin hazırda İranda durum dəyişib.

İndi davamlı olaraq ona ali rəhbərə qarşı şüarlar səsləndirilir, onun müxtəlif şəhərlərdə quraşdırılan şəkilləri yandırılır. 

 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar