SON XƏBƏRLƏR

İranda dəhşətli yol qəzası: 50 avtomobil bir-biri ilə toqquşdu-Ölənlər və yaralananlar var - FOTOLAR

2022.01.10, 12:56
İranda dəhşətli yol qəzası: 50 avtomobil bir-biri ilə toqquşdu-Ölənlər və yaralananlar var - FOTOLAR

Gunaz.tv

Yayılan məlumata gör, hadisə bu gün yerli vaxtla səhər saat Xuzistan əyalətinin Ramhormoz-Behbəhan magistral yolunda qeydə alınıb.

Xuzistan yol polisinin rəisi polkovnik Rza Dövlətşahi bildirib ki, qəzaya səbəb kəskin hava şəraitində yüksək sürətlə hərəkət edən avtomobillərin çovğuna düşməsi olub.

Dumanlı hava şəraitində 50-dən çox avtomobil və digər nəqliyyət vasitələri iç-içə girərərək bir-biri ilə toqquşub, avtomobillərin 3-ündə yanğın baş verib.

"Təəssüflər olsun ki, zəncirvari yol qəzasında bu saata qədər 4 nəfər həlak olub, 27 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda qəzanın dəqiq səbəbi araşdırılır”, -deyə Xuzistan yol polisinin rəisi polkovnik Rza Dövlətşahi bildirib.

Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir. 

Image

Image

Image

Image

62146843.jpg?ts=1641795974800

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar