SON XƏBƏRLƏR

İranda dörd həftə əvvəl həbs edilən tələbə fəalı Leyla Hüseynzadə müvəqqəti azadlığa buraxılıb

2022.01.03, 09:18
İranda dörd həftə əvvəl həbs edilən tələbə fəalı Leyla Hüseynzadə müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, gənc fəal 26 gün Şirazın Adilabad və Tehranın Evin zindanlarında saxlandıqdan sonra ötən gün 1 milyard 500 milyon tümənlik mülki vəsiqə girovu qarşılığında məhkəməsinin keçirilməsinə qədər müvəqqəti olaraq sərbəst buraxılıb.

Xatırladaq ki, Leyla Hüseynzadə dekabrın 7-də Şiraza səfəri zamanı ETTELAAT-ın 15 əməkdaşı tərəfindən həbs olunaraq naməlum istiqamətə aparılmışdı.

Universitetdə apardığı dinc fəaliyyətlərinə görə əvvəllər də bir neçə dəfə həbs edilən gənc tələbə fəalın vəkili Əmir Rəisiyan 2021-ci il, dekabrın 5-də mediaya açıqlamasında Tehran məhkəməsinin müvəkkilinə çıxardığı 5 il həbs qərarına Tehran Apellyasiya Məhkəməsində baxıldığını və həmin hökmün  qüvvədə saxlanılmasından xəbər vermişdi. 

Vəkil Əmir Rəisiyan  müvəkkilinin digər tələbə yoldaşları ilə “qanunsuz yığıncaqlar keçirməkdə, sistemə qarşı təbliğat aparmaqda və ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırıldığını bildirmişdi. 

Bildirilir ki, bağırsaq xəstəliyindən əziyyət çəkən gənc fəal Şiraza səfəri zamanı həbs edildikdən sonra bu şəhərdə ETTELAAT-ın yerli idarəsində dindirilərkən zorakılığa məruz qalaraq vəhşicəsinə döyülüb, təhdid edilmişdi.

O, həbsindən az sonra valideynləri ilə saxladığı telefon təmasında artıq Tehranın Evin zindanına köçürüldüyünü bildirmişdi. 

A.M 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar