SON XƏBƏRLƏR

İranda dərman kəskin bahalaşıb

2022.06.23, 10:35
İranda dərman kəskin bahalaşıb

Gunaz.tv

Qeyd edək ki, bundan öncə hakimiyyət rəsmilərinin qıtlıq və bahalığın müvəqqəti olacağı ilə bağlı vədlər vermişdi. Lakin xüsusilə İbrahim Rəisinin prezident seçilməsindən bu yana qiymətlər artmaqda davam edir.

İran parlamentinin Səhiyyə Komissiyasının üzvü Məhəmmədəli Möhsün Bənpey mediaya verdiyi açıqlamada deyib ki, hökumətin sığorta şirkətlərinə dərmanlarla bağlı subsidiya verəcəyi təqdirdə belə, doğru nəzarət sistemi olmadığı üçün problem çözülməmiş qalacaq. 

Xatırladaq İranda dərman çatışmazlığı da şiddətlənib. Xammalın idxalı dayandırıldığı üçün bu sənaye sahəsində böhranın daha da dərinləşəcəyi gözlənilir.

Dərman istehsalı müəssisələrinin verdiyi məlumata görə, xammal vaxtında təmin olunmadığı üçün bir sıra istehsal bölmələri bağlanıb və başqa bölmələrin də fəaliyyətinin tamamilə dayandırılacağı gözlənilir.

Dərman Sənayesi Sahiblərinin Birliyinin yaydığı xəbərdarlıqda durumun belə davam edəcəyi təqdirdə avqust ayından başlayaraq bütün müəssisələrin bağlanacağı və dərman çatışmazlığının pik həddə çatacağı qeyd olunur.

Dərman Sənayesi Sahiblərinin Sindikatının başçısı Məhəmməd Əbdzadənin verdiyi məlumata görə, hazırda ölkədə 300 adda dərman tamamilə yoxa çıxıb və adi antibiotik və serum çatışmazlığı yaşanır.

Talassemiya Xəstələrinə Dəstək Birliyinin başçısı Yunis Ərəb isə mediaya verdiyi açıqlamada son bir neçə ay ərzində dərman çatışmazlığı səbəbindənn ən azı 70 talassemiya xəstəsinin öldüyünü bildirib.  

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar