SON XƏBƏRLƏR

İranda dövlət əmlakına ziyan vurmaqda günahlandırılan boks məşqçisi edama məhkum edilib

2022.01.12, 13:30
İranda dövlət əmlakına ziyan vurmaqda günahlandırılan boks məşqçisi edama məhkum edilib

Gunaz.tv

Bu barədə müttəhimin vəkili Babək Pakniya yanvarın 11-də şəxsi “Twitter” hesabında etdiyi paylaşımında məlumat yayıb.

Məşhəd məhkəmsinin müvəkkilini həm də “yer üzündə fəsad törətməkdə” təqsirləndirdiyini bildirən vəkil deyib ki, ona məhkəmə qərarına yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə müraciət etməsi üçün 20 gün vaxt verilib.

Vəkil müvəkkilinə açılan cinayət işinin detalları və onun indiki durumu barədə hər hansı bir açıqlama verməyib.

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, gənc boks məqçisi Məhəmmd Cavad Vəfayi Sani 2019-cu ilin noyabr ayında Məşhəddə rejimə qarşı keçirilən dinc kütləvi etirazlarda həbs edilib və həmin vaxtdan indiyə qədər Məşhəd həbsxnasında saxlanılır. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar