SON XƏBƏRLƏR

İranda daha 5 məhkum edam edildi

2022.08.25, 05:56
İranda daha 5 məhkum edam edildi

Gunaz.tv

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, məhkumların edam hökmü avqustun 24-də icra edilib.

Məlumatda öldürülənlərin Məhəmmədrza Şəhramfər və Hadi Cüzi olduğu bildirilir. Edam olunan digər 3 məhbusun kimliyi hələlik dəqiqləşdirilməyib.

Qeyd edək ki, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman İranda insan haqları pozuntuları ilə bağlı yaydığı son hesabatında edam saylarının kəskin artmasından narahatlığını ifadə edib.

İran zindanlarında edam saylarının çoxaldığını və məhbuslara qarşı hüquq pozuntularının davam etdiyini deyən Cavid Rəhman, 2022-ci il yanvarın əvvəlindən 30 iyun tarixinə kimi 6-ı qadın, 5-i Əfqanıstan vətəndaşı olmaqla 251 nəfərin dar ağacından asılaraq edam edildiyini bildirib.

O, bunun ötən ilin oxşar dövrü ilə müqayisədə iki dəfə çox olduğunu deyib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar