SON XƏBƏRLƏR

İranda daha 79 nəfər koronavirusun qurbanı olub, 2971 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

2021.12.10, 14:33
İranda daha 79 nəfər koronavirusun qurbanı olub, 2971 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

Gunaz.tv

İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin bu gün yaydığı məlumatına görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 130 min 603 nəfərə, xəstəliyə yoluxanların sayı isə 6 milyon 150 min 843 nəfərə çatıb.
 
Məlumata əsasən, İranda indiyədək 5 milyon 957 min 17 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
 
Nazirliyin bildirdiyinə görə, xəstəliyə yoluxan və hazırda vəziyyəti ağır olan 3 min 154 nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.
 
 İran Səhiyyə Nazirliyi sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 39 milyon 846 min 85 test aparılıb.

Bildirilir ki, xəstəliyin geniş yayılması səbəbilə hazırda İranın 2 şəhəri qırmızı, 9 şəhəri narıncı, 153 şəhəri sarı, 284 şəhəri isə mavi vəziyyətdədir. 

İranın tibb mərkəzlərindəki müstəqil mənbələr isə Səhiyyə Nazirliyinin gündəlik yaydığı rəsmi statistikasından fərqli olaraq, ölkədə koronavirusdan ölənlərin və ona yoluxanların sayının ən azı üç dəfə çox olduğunu bildirirlər.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar