SON XƏBƏRLƏR

İranda daha bir ağır yol qəzası baş verib: 9 nəfər ölüb, 16 nəfər yaralanıb – FOTO

2021.12.07, 13:33
İranda daha bir ağır yol qəzası baş verib: 9 nəfər ölüb, 16 nəfər yaralanıb – FOTO

Gunaz.tv

İsfahan Qızıl Aypara cəmiyyətinin yaydığı xəbərə görə, hadisə bu gün yerli vaxtla saat 03:30 radələrində Kaşan-Qum magistral yolunda baş verib.

Bildirilir ki, Dehdəştdən Tehrana doğru hərəkət edən sərnişin avtobusu naməlum səbəbə görə qarşı istiqamətdən gələn TIR-la toqquşub.

Yayılan məlumata görə, qəza nəticəsində avtobusun 9 sərnişini yerindəcə həlak olub, 16-sı orta və ağır dərəcəli bədən xəsarəti alıblar.

Yaralılar hadisə yerinə gedən təcili tibbi maşınları ilə xəstəxanaya çatdırılıb. Bəsən xəsarəti alanlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda yol qəzasının səbəbləri araşdırılır. 

Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir, minlərlə insan isə bədən xəsarəti alırlar. 

تصادف اتوبوس و تریلر در محور کاشان ۸ فوتی و ۱۱ مصدوم داشت

اسامی مصدومان و کشته شدگان حادثه تصادف آزاد راه کاشان - قم

تصادف اتوبوس و تریلر در محور کاشان ۸ فوتی و ۱۱ مصدوم داشت

تصادف اتوبوس و تریلر در محور کاشان ۸ فوتی و ۱۱ مصدوم داشت

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar