SON XƏBƏRLƏR

İranda daha bir fransızın həbsi təsdiqləndi-Tehrana qarşı yeni sanksiyalar tətbiq ediləcək

2022.10.11, 08:47
İranda daha bir fransızın həbsi təsdiqləndi-Tehrana qarşı yeni sanksiyalar tətbiq ediləcək

Gunaz.tv

Fransa xarici işlər nazirinin sözlərinə görə, İrana qarşı sanksiyalar Avropa Birliyinin Xarici İşlər Nazirləri Şurasının iclasında, gələn həftənin ortalarında isə Avropa Birliyi Şurası tərəfindən təsdiqlənəcək.

“Bu gün günortadan sonra bir daha İranın xarici işlər nazirindən İranda həbsdə olan bütün soydaşlarımızın dərhal azad edilməsini tələb edəcəyəm. İndi beş nəfərdirlər",- deyə, xanım Kolonna oktyabrın 11-də "Radio France Inter"-ə müsahibəsində deyib.

Bundan əvvəl İranda xalq etirazları ilə eyni vaxtda İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi 9 əcnəbi vətəndaşın həbs olunduğunu elan edərək, onları etirazların təşkil edilməsində iştirakda ittiham edib.

Bu açıqlamada həmin 9 xarici vətəndaşın Almaniya, Polşa, İtaliya, Fransa, Hollandiya, İsveç və... vətəndaşları olduğu bildirilib.

Bundan əvvəl İtaliya mətbuatı həbs edilən İtaliya vətəndaşının kimliyini açıqlasa da, fransız və bu yaxınlarda həbs olunan digər əcnəbilərin kimliyi hələlik məlum deyil.

 Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar