SON XƏBƏRLƏR

İranda daha bir ölümcül yol qəzası baş verib: 3 nəfər ölüb, 19 nəfər yaralanıb

2021.11.04, 14:36
İranda daha bir ölümcül yol qəzası baş verib: 3 nəfər ölüb, 19 nəfər yaralanıb

Gunaz.tv

Yayılan məlumata görə hadisə bu gün səhər saatlarında Kürdüstan əyalətinin Saqqız-Dəvandərə magistral yjolunda baş verib.


Bildirilir ki, Kirmanşa əyalətindən yola çıxaraq Qərbi Azərbaycan əyalətinə doğru hərəkət edən sərnişin avtobusu qarşıdan gələn “Volvo” markalı yük maşını ilə toqquşub.


Qəza nəticəsində avtobus sərnişinlərindən 3-ü yerindəcə həyatını itirib, 19-u üxtəlif dərəcəli bədən xəsarəti alıb.


Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan bəzxilərinin vəziyyətinin ağır olduğu bildirilir.


Yol qəzasının səbəbi barədə mediaya açıqlama verən Kürdüstan əyalətinin yol polisinin komandanı İsa Gövhəri, hadisənin avtobusu sürücüsünün yuxusuzluğu ucbatından baş verdiyini bildirib.


Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir. 


 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar