SON XƏBƏRLƏR

İranda daha bir sərnişin avtobusu qəzaya uğrayıb: 21 fəhlə yaralanıb

2022.01.18, 12:12
İranda daha bir sərnişin avtobusu qəzaya uğrayıb: 21 fəhlə yaralanıb

Gunaz.tv

Qəzvin əyalətinin fövqəladə hallar və təcili tibbi yardım mərkəzinin rəisi Süheyl Sultani baş vermiş yol qəzası ilə bağlı jurnalistlərə açıqlamasında deyib ki, hadisə yanvarın 17-si yerli vaxtla saat 23:00-da Liya sənaye şəhərciyi qarşısında baş verib.

O deyib ki, yağış və qarın yağması səbəbi ilə kəskin hava şəraitində sürüşkən yolda hərəkət edən və ətrafdakı zavodlardan birinin fəhlələrini daşıyan avtobus naməlum səbəbə görə yoldan çıxaraq aşıb.

“Qəza nəticəsində 21 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda qəzanın səbəbləri araşdırılır”, -deyə Qəzvin əyalətinin fövqəladə hallar və təcili tibbi yardım mərkəzinin rəisi Süheyl Sultani bildirib. 

Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar