Bu barədə Gərmsar Qızıl Aypara Cəmiyyətinin rəisi Səid Məcidi məlumat yayıb.
O bildirib ki, hadisə noyabrın 4-ündən 5-nə keçən gecə Tehran-Məşhəd magistral yolunda baş verib.
“26 sərnişinlə Kərəcdən Məşhədə yola düşən və sürətlə hərəkət edən avtobus Eyvanəki məntəqəsində yoldan çıxaraq aşıb.
Qəzaya isə yolun sürüşkənliyi səbəb olub.
Hadisə nəticəsində avtobusun 3 sərnişini yerindəcə keçinib, 20-si müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Yaralılardan bəzilərinin vəziyyəti ağırdır və haırda məsələ araşdırılır”, -deyə Gərmsar Qızıl Aypara Cəmiyyətinin rəisi Səid Məcidi bildirib.
Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir.
A.M