SON XƏBƏRLƏR

İranda SEPAH daha iki etnik bəluçu güllələyib

2022.04.21, 11:17
İranda SEPAH daha iki etnik bəluçu güllələyib

Gunaz.tv

Fəalların verdiyi məlumata görə, silahlı qüvvələrin pərakəndə yanacaq satışı ilə məşğul olan iki etnik bəluçun idarə etdiyi avtomobilə xəbərdarlıq etmədən atəş açıblar.

Nəticədə avtomobillər alışaraq partlayıb və avtomobildən çıxa bilməyən hər iki nəfər yanaraq ölüb.

Ölənlərdən birinin Aman Qənbərzehi olduğu bildirilsədə başqa bəluçun kimliyi barədə məlumat verilməyib.

Xatırladaq ki, İranda yoxsulluq və işsizliyin son həddə çatdığı bir vaxtda ölkənin ən geri qalmış bölgəsi olan Sistan və Bəluçistanın əhalisi ailələrini dolandırmaq üçün pərakəndə yanacaq daşımağa məcbur olurlar.

Ancaq sosial mediada yayılan video və xəbərlərə görə, İranın əmniyət gücləri onlara qarşı ən qəddar şəkildə davranır və çox vaxt onların ölümünə səbəb olurlar. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar