SON XƏBƏRLƏR

İranda daha iki məhbus edam edilib

2022.04.27, 12:22
İranda daha iki məhbus edam edilib

Gunaz.tv

Məlumatda Fəxrəddin Validi və Hüseyn Coşən adlı məhkumların bir neçə il bundan öncə narkotik maddələrin alverində ittiham olunduğu bildirilir.

Siyasi və Mədəni Məhbusların Müdafiəsi Kampaniyası hər iki məhkumun mart ayının 30-da edam edildiyini bidirib. Məlumata görə, İran rəsmiləri və məhkəmə məsulları edam barədə məlumat vermədiyi üçün xəbər gec yayılıb.

İran zindanlarında edam edilən məhkumlar barədə məlumatların dəqiq sayının bilinməməsi üçün təhlükəsizlik əməkdaşları öldürülənlərin ailələrə təzyiq göstərir, onları təhdid edirlər.

Bu səbəbdən beynəlxalq insan haqları təşkilatları İranda edamların sayının verilən rəsmi statistikadan daha çox olduğunu bildirir və barəsində məlumat verilməyən edamlara gizli edam adı veriblər.  

Birləşmiş Millətlər Təşkilatı (BMT) bundan əvvəl İranda insan haqlarının pozulması ilə bağlı illik hesabatında təkcə 2021-ci ildə ən azı 275 nəfərin edam edildiyini bildirmişdi. 

İnsan haqları təşkilatlarının məlumatına görə, İranda edamların faktiki sayı İran hökumətinin açıqladığı rəqəmlərdən daha çoxdur.

İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur. 
 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar