SON XƏBƏRLƏR

İranda daha iki məhkum edam edilib

2022.06.22, 04:58
İranda daha iki məhkum edam edilib

Gunaz.tv

Siyasi və Mədəni Məhbusları Müdafiə Kampaniyasının verdiyi məlumata görə, Qulam İslami və Rəsul Xosrəvi Baboli adlı məhkumların barəsində İran Ali Məhkəməsinin çıxardığı edam hökmü icra edilib.

Edamla bağlı İran məhkəmə sistemi və rəsmi mediası heç bir məlumat yaymayıb.

Qeyd edək ki, aprelin sonlarında İnsan Haqları Təşkilatı və Fransanın "Edam cəzasına qarşı birgə" Təşkilatı İranda ölüm hökmlərinin artması ilə bağlı xəbərdarlıq ediblər.

Hesabatda 2021-ci ildə ən azı 333 nəfərin edam olunması ilə bağlı məlumatların təsdiq edildiyi və bunun İbrahim Rəisinin hakimiyyətə gəlişindən öncəki ilə nisbətdə 25% çoxaldığı qeyd olunub.

Onlar İbrahim Rəisinin prezident seçilməsindən sonra 2021-ci ilin ilk yarısı ilə ikinci yarısı arasında müqayisədən edam hökmlərinin iki dəfə artdığını qeyd ediblər.

İki təşkilatın yaydığı 120 səhifəlik hesabatda İbrahim Rəisinin hakimiyyəti dövründə həyata keçirilən edam cəzalarının yalnız 55-nin (16.5%) rəsmi olaraq elan edildiyi, 278 nəfərin edam edilməsi barədə rəsmi məlumat verilmədiyi qeyd bildirilib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar