SON XƏBƏRLƏR

İranda dolların məzənnəsi yenidən qalxıb: 1 ABŞ dolları 28 400 tümən

2021.10.20, 07:36
İranda dolların məzənnəsi yenidən qalxıb: 1 ABŞ dolları 28 400 tümən

Gunaz.tv

Dolların qiyməti iki gün əvvəl 27min 500 tümən civarındaydı.


Yayılan məlumata görə, dolların məzənnəsi son iki gündə 800-900 tümən artaraq, bu gün səhər saatlarında İranın azad valyuta bazarında 28 min 500 tümən qarşılığında mübadilə edilib.


Dolların məzənnəsinin son günlər birdən-birə qılxması ilə yanaşı, əhalinin gündəlik istifadə etdiyi qida və ərzaq mallarının da qiyməti kəskin artmağa başlayıb.


Dolların məzənnəsinin kəskin artmasının səbəbi açıqlanmasa da, bunun, İranın Vyanada aparılan nüvə danışıqlarından boyun qaçırması, ölkəyə qarşı əlavə sanksiyaların tətbiq edilməsi ehtimalı, ölkə iqtisadiyyatının çökmə ərəfəsində olması, eləcə də regionda baş verən bir sıra siyasi dəyişikliklərlə əlaqədar olması təxmin edilir.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar