SON XƏBƏRLƏR

İranda dolların məzənnəsi yenidən rekord qırdı: 1 dollar 30 min 270 tümən

2021.12.05, 13:25
İranda dolların məzənnəsi yenidən rekord qırdı: 1 dollar 30 min 270 tümən

Gunaz.tv

İrandakı “Teleqram”  kanallarının və digər saytların yaydığı məlumata görə, dünən axşam saatlarında İranda dolların qiyməti daha bir neçə yüz tümən qalxaraq, paytaxtın azad valyuta bazarında 30 min 270 tümən qarşılığında mübadilə edilib.

Bu isə İbrahim Rəisinin prezident seçilməsindən sonra İranın azad valyuta bazarında ABŞ dollarının qiymətinin qırdığı yeni və ən son rekorddur. 

Yayılan məlumata görə, dolların qiymətinin yenidən kəskin artmağa başlaması, nüvə razılaşmasının canlandırılması üçün Qərblə Tehran arasında noyabrın 29-dan başlayaraq Vyanada aparılan danışıqların 7-ci mərhələsinin uğursuzluğa düçar olması ilə əlaqələndirilir.

Xatırladaq ki, İranla nüvə danışıqları aparan Avropa tərəfləri dekabrın 3-də bəyanat yayaraq, İranın danışıqlara dekonstruktiv mövqedən yanaşdığını vurğulayaraq, müzkirələri müvəqqəti dayandırdıqlarını bildiriblər.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar