SON XƏBƏRLƏR

İranda dolların qiyməti kəskin artdı-Yeni etiraz nümayişləri başladı

2023.02.23, 13:27
İranda dolların qiyməti kəskin artdı-Yeni etiraz nümayişləri başladı

Gunaz.tv

Xüsusən son bir neçə gündə İran pulunun sürətlə dəyərdən düşməsi ilə eyni vaxtda etiraz aksiyaları yenidən alovlanıb və onlarla şəhərdə nümayişlər keçirilməyə başlayıb.

Dolların qiymətinin 50 min tüməndən yuxarı qalxmasından sonra Tehran və başqa şəhərlərin bazarlarında iş adamları və mağaza yiyələrinin, habelə istehsalçılar və ev avadanlıqları satanların etiraz nümayişləri geniş vüsət alıb.

Bundan bir müddət əvvəl Tehran hakimiyyəti iqtisadçıların dolların 50 min tüməni keçəcəyi barədə proqnozlarını təxribat adlandırıb və bunun baş verməyəcəyi barədə vədlər vermişdilər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar