SON XƏBƏRLƏR

İranda dollar yenidən bahalaşdı: Məzənnə 31 min tüməni keçib

2021.12.07, 08:05
İranda dollar yenidən bahalaşdı: Məzənnə 31 min tüməni keçib

Gunaz.tv

Bildirilir ki, Qərbin Tehranla Vyanada apardığı nüvə danışıqlarının 7-ci mərhələsinin uğursuzluqla nəticələnmsi son üç gündə dolların qiymətinin sürətlə artmasına və həmin qısa müddətdə ümumiyytlə dolların qiymətinin 6% bahalaşmasına gətirib çıxarıb.

İrandakı iqtisadi mənbələrin və sosial şəbəkələrin yaydığı məlumata görə, dekabrın 6-sı axşam saatlarında İranın azad valyuta bazarında hər ABŞ dolları 31 min 40 tümən qarşılığında mübadilə edilib. 

Qeyd edilir ki, dolların qiyməti İbrahim Rəisinin prezidentlik vəzifəsinə başladığı dövrdə 25 min tümən idisə, hazırda həmin qısa müddətdə dolların dəyəri 25% artıb.

Yayılan məlumatlara görə, dolların bahalaşması İranda ərzaq mallarının qiymətinin kəskin qalxmasına, orta və kasıb təbəqədən olan ölkə əhalisinin həyat güzəranının daha da çətinləşməsinə səbəb olub.

İranda dolların məzənnəsi yeni rekord qırıb: 1 dollar 29 min 200 tümən

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar