SON XƏBƏRLƏR

İranda edam edilən jurnalistin xanımına Fransada hücum edilib

2022.01.31, 13:55
İranda edam edilən jurnalistin xanımına Fransada hücum edilib

Gunaz.tv

Hadisə şənbə günü yanvarın 29-u axşam saatlarında baş verib. Nömrə nişanı gizlədilən motosikl sürücüsü kamera olmayan yerdə Məhsa Rəzaniyə xəsarət yetirdikdən sonra hadisə yerindən qaçıblar.

Məhsa Razani sosial mediada aldığı zədələrlin fotolarını yayaraq hadisənin polis tərəfindən araşdırılması üçün müraciət etdiyini bildirib.

Qeyd edək ki, Ruhulla Zəm edam edildikdən sonra atasın Məhəmməd Əli Zəm buna etiraz edib. O, dekabrın 13-də oğlunun ölümünün ildönümündə başındakı əmmaməni çıxarıb, molla geyimindən imtina edib. 

Ruhullanın həyat yoldaşı Məhsa Razani və qızı Fatimə Zəm sosial mediada İran hökumətini davamlı tənqid edir, ailə başçısının oğurlanaraq İrana aparılıb edam edildiyini hökumətə bağışlamayacaqlarını yazırlar.

Bu günə kimi İran hökumətinə bağlı qrupların xarici ölkələrdə müxaliflərə qarşı çoxsaylı sui-qəsdləri sonuncu hadisənin də İran təhlükəsizlik idarəsinin işi olduğu barədə ehtimalları gücləndirir.

2019-cu ilin oktyabr ayının 14-də “Sepah” terror təşkilatı Ruhullah Zəmi İraqa işgüzar səfəri zamanı həbs etməsi və ölkəyə gətirilməsi ilə bağlı xəbər yaymışdı. 

Yayılan məlumatlara görə, Zəmin İraqda həbs edilərək İranın bu ölkədəki agentlərinə təhvil verilməsində İraqdakı İran meyilli qüvvələr də birbaşa rol oynamışdılar.

Uzun müddət Tehranın Evin zindanında ETTELAAT əməkdaşları tərəfindən işgəncələr altında dindirilən və bütün təzyiqlərə baxmayaraq öz müxalif mövqeyindən döbnməyən jurnalist Ruhullah Zəm Tehran inqilab məhkəməsi tərəfindən edama məhkum edilib.

O, xarici ölkələrə casusluqda, sistemə qarşı təbliğat aparmaqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və xarici ölkələrdəki İran müxalifəti ilə əməkdaşlıq etməkdə günahlandırılıb.

Jurnalist Zəm 2020-ci il dekabrın 13-də ailəsindən xəbərsiz Tehranın Evin zindanında dara çəkilib. 

C.E

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar