SON XƏBƏRLƏR

İranda etirazlar genişlənir: Aksiyalar Azərbaycan şəhərlərinə yayıldı-VİDEO

2022.09.20, 16:31
İranda etirazlar genişlənir: Aksiyalar Azərbaycan şəhərlərinə yayıldı-VİDEO

Gunaz.tv

Tehranın müxtəlif bölgələrində və Təbriz, Həmədan, Qəzvin, İlam, İsfahan, Qorqan, Məşhəd, Kirmanşah, Zəncan və Ərak şəhərlərində etiraz aksiyaları keçirilib.

Tehran və bir sıra başqa şəhərlərdə də tələbələr etiraz aksiyası keçiriblər.

Sentyabrın 20-dən Azərbaycan şəhərlərində də aksiyalar başlanıb. Narazılar  hökumətə qarşı şüarlar səsləndirilməyə başlayıb.

Təbriz, Zəncan, Urmu, Qəzvin, Həmədan şəhərlərində aksiyaçılar başqa şəhərlərdəki etirazçılarla həmrəyliklərini bildirib, "Xaməneyi qatildir, rəhbərliyi batildir", "qorxun o gündən ki silahlanaq", "ölüm olsun diktatora" və başqa şüarlar səsləndirilib.

Sosial media fəalları və xarici medianın yaydığı məlumatda bu gün Təbrizin Tibb Elmləri Universitetində öyrəncilərin aksiyasından sonra şəhərin müxtəlif bölgələrində dağınıq aksiyalar baş tutub.

Məlumatlarda Təbrizin mərkəzi küçələrində çox sayda polis maşınları, xüsusi təyinatlı qüvvələr və mülki geyimli təhlükəsizlik məmurlarının toplaşdığı qeyd olunub.

Zəncan şəhərində xüsusi təyinatlıların etirazçılara atəş açdığı, bir neçə nəfərin yaralandığı bildirilsə də, hələlik onların kimliyini dəqiqləşdirmək mümkün olmayıb.

 

 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar