SON XƏBƏRLƏR

İranda etirazlar zamanı daha iki yeniyetmə öldürülüb

2022.11.28, 10:00
İranda etirazlar zamanı daha iki yeniyetmə öldürülüb

Gunaz.tv

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, noyabrın 27-i İrannın Şiraz və Kamyaran şəhərlərində etiraz aksiyalarında gülləllənən və döyülən iki yeniyetmə həyatını itirib.

Rza Kazimi noyabrın 21-də  etiraz aksiyasında güllə yarası aldıqdan sonra xəstəxanaya köçürülüb və yarasının ağır olduğuna görə ayın 27-də dünyasını dəyişib.

Mahək Haşimi isə noyabrın 25-də Şiraz şəhərində keçirilən etiraz aksiyasında iştirak etdiyinə görə, döyülüb və ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən yeniyetmə qız noyabrın 27-də həyatını itirib.

Qeyd edək ki, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 60-dan çox uşaq hökumət qüvvələri tərəfindən qətlə yetirilib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar