SON XƏBƏRLƏR

Zahidanın Məkki məscidi ətrafında gərginlik: Xameneyi əleyhinə şüarlar səsləndi

2023.03.11, 09:28
Zahidanın Məkki məscidi ətrafında gərginlik: Xameneyi əleyhinə şüarlar səsləndi

Gunaz.tv

Əyalət mərkəzi Zahidan şəhərinin Məkki məscidində cümə namazından sonra başlayan aksiyaya minlərlə insan qoşulub. 

Məkki məscidindən küçələrə axışan etirazçılar hökumət əleyhinə şüarlar səsləndiririb, siyasi məhbusların azad edilməsini tələb ediblər.

Cümə imamı Moləvi Əbdülhəmid etirazçılardan Əli Xameneyi əleyhinə şüarlar səsləndirməməyi xahiş etsə də nümayişçilər buna əhəmiyyət verməyib.

Çox sayda təhlükəsizlik və xüsusi təyinatlı qüvvənin aksiyaların mərkəzi olan Məkki məscidinin ətrafına toplanması, bölgənin mühasirəyə alınmasına baxmayaraq, narazılar "uşaq qatili hökuməti istəmirik", "azadlıq, azadlıq" və "and olsun öldürülənlərin qanına, sona kimi dirənəcəyik" şüarları səsləndiriblər.

Bununla yanaşı əyalətin Rask, Türkmənlərin Kompakt yaşadığı Gülüstan əyalətinin Gərgic şəhərində də oxşar aksiyalar keçirilib.

Günaz.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar