SON XƏBƏRLƏR

İranda evlilik sayı kəskin azalıb, boşanma sayı artıb

2022.03.26, 13:51
İranda evlilik sayı kəskin azalıb, boşanma sayı artıb

Gunaz.tv

İran Statistika Mərkəzinin yaydığı məlumata görə, bu ölkədə evlilik sayı kəskin azalıb, boşanma sayı isə artıb.

Məlumatda son 10 il müddətində İranda evlənmə sayının 33% azaldığı, boşanma sayının isə 22% çoxaldığı qeyd olunub.

2012-ci ildə 829968 min nikah qeydə alınmasına baxmayaraq, bu rəqəm 2021-ci ildə 556731 olaraq qeyd olunub.

Bununla yanaşı eyni ildə 150324 boşanma faktı olduğu halda 2021-ci ildə bu 183193 olaraq göstərilib.

Bunun qarşısını almaq və gəncləri evlənməyə sövq etmək üçün İbrahim Rəisinin noyabr ayında irəli sürdüyü təkliflər və ailə quranlara əlavə kredit və imtiyazların verilməsi ilə bağlı layihə formal xarakter daşıdığı üçün problemin həllinə yardım etməyib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar