SON XƏBƏRLƏR

İranda fars dilini qorumaq işi polisə həvalə edildi

2022.03.08, 09:16
İranda fars dilini qorumaq işi polisə həvalə edildi

Gunaz.tv

O, bu barədə martın 7-də Fars Dili Akademiyasının başçı Qulaməli Həddad Adilin iştirakı ilə keçirilən Fars Dilini Müdafiə koordinasiya Şurasının toplantısında danışıb.

“İş yerlərinin lövhələrində xəbərdarlıqlara önəm verilmədiyi təqdirdə fars dili və ədəbiyatının qorunması üçün polis qüvvələrinin potansialindən istifadə ediləcək”-deyə, iranlı nazir bildirib.

Məhəmməd Mehdi İsmaili iddia edib ki, ali rəhbər Əli Xamneyinin göstərişinə əsasən polisin imkanlarından istifadə edilərək fars dilinin inkişafna nail olunacaq və "fars dili yaxın 50 ildə dünyanın elmi dili" kimi tanınacaq.
“Bu məsələ həm də prezidentin şəxsi qayğılarından biridir. 

Mədəniyyət və İslami İrşad Nazirliyi, Radio və Televiziya Təşkilatı, bələdiyyə və polis fars dilinin qorunmasında dörd ən mühüm qurumlar sayılır və başqa sahələrin, o cümlədən Sənaye, Mədən və Ticarət Nazirliyinin rolu da bu məsələdə önəmlidir.

Bu baxımdan fars dilinin qorunması sahəsində müxtəlif dövlət qurumları ilə faydalı qarşılıqlı əlaqələrimiz var”-deyə, Məhəmməd Mehdi İsmaili bir sıra dövlət qurumlarının məsələyə dəstək verəcəyini söyləyib.

O, bununla yanaşı Mətbuata Nəzarət Şurası, Teatr Şurası, Ssenari Lisenziyalaşdırma Şurası, kitab çapı və digər qurumlar qarşısında da fars dilinin qorunması bir vəzifə kimi önə çəkildiyini deyib.

Qeyd edək ki, İran Konstitusiyasının 15-ci maddəsinə əsasən qeyri-fars dillərinin tədrisinin və mediada istifadəsinin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 40 ildən artıqdır ki, müxtəlif bəhanələrlə bu prinsipin həyata keçirilməsinə mane olub və 40 milyon türkü təhsil hüququndan məhrum edib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar