SON XƏBƏRLƏR

İranda gənc bəhai 1 il həbsə məhkum edilib

2021.12.20, 14:14
İranda gənc bəhai 1 il həbsə məhkum edilib

Gunaz.tv

Bu barədə Şiva Xəlilinin vəkili Məhəmməd Hadi Erfaniyan Kaseb “Twitter” hesabında bununla bağlı etdiyi paylaşımında xəbər verib. 

Vəkil, müvəkkilinə qarşı çıxarılan həbs qərarına etiraz bildirmək üçün Apellyasiya məhkəməsinə müraciət edəcəyini açıqlayıb.

Müvəkkilinin “sistemə qarşı təbliğat aparmaqda günahlandırıldığını bildirən vəkilin dediyinə görə, Babol inqilab məhkəməsinin qərarına görə müvəkkilinin mobil telefonu və bir sıra digər şəxsi əşyaları da müsadirə edilib.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.
 
İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.
1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə kimi, ölkədə yüzlərlə bəhai edam edilib.

A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar