SON XƏBƏRLƏR

İranda gənc yazıçı və fəlsəfə üzrə araşdırmaçıı 4 il 8 ay həbsə məhkum edilib

2021.11.06, 12:49
İranda gənc yazıçı və fəlsəfə üzrə araşdırmaçıı 4 il 8 ay həbsə məhkum edilib

Gunaz.tv

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, Tehran inqilab məhkəməsi Nima Qasimini “sistemə qarşı təbliğat aparmaqda”, “qanunsuz topantılara qatılmaqda” və “müxaliflərlə rejimə qarşı əlbir olmaqda” günahlandırıb.


Bildirilir ki, ETTELAAT əməkdaşları Nima Qasimini cari ilin fevral ayında Tehrandakı şəxsi mənzində tutub naməlum istiqamətə aparmışdılar. vdə yoxlama aparılmış, gənc yazıçıya məxsus kompüter, kitablar və bir sıra digər şəxsi əşyaları götürülmüşdü.


Qeyd edilir ki, Tehranın “Şəhid Beheşti” Universitetinin fəlsəfə üzrə məzunu olan Nima Qasimi həbsindən əvvəl sosial şəbəkələrdə, eləcə də bir sıra jurnallarda fəlsəfi mövzularda yazıb yaydığı məqalərinə görə həbs edilmişdi.  


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar