SON XƏBƏRLƏR

İranda SEPAH generalı həbs edilib

2022.12.01, 20:32
İranda SEPAH generalı həbs edilib

Gunaz.tv

Bəxtiyar daha əvvəl bir audio faylı yayaraq İslam Respublikası hökumətini Mehsa Əmininin ölümünün əsl səbəblərini gizlətməkdə günahlandırmışdı.

O, bildirib ki, məhkəmə-tibb ekspertizasının etibarlı mənbələri 22 yaşlı gənc qızın ölümünə “kəllə sümüyünün zədələnməsi diaqnoz qoyublar".

Keçmiş SEPAH komandiri İslam Respublikasının hakimiyyət orqanlarını “iddialı və kimliksiz” kimi xarakterizə edərək demişdi ki, əgər “sağlam düşüncə” bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb üzr istəsəydi, hökumət daha ​​az acınacaqlı nəticələrlə qarşılaşa bilərdi.

"Artıq xalqın əsas hədəfi rəhbərlikdir, şüarlar bir başa ona qarşı yönəlib. Bunu başa düşün ki, xalq artıq sizi istəmir",-deyə, general Məhəmməd Bağır Bəxtiyar sıəs yazısında bildirmişdir.

İranın "Səham news" media orqanı generalın həbs xəbərini təsdiq edərək onun harada saxlanıldığı barədə məlumat verilmədiyini yazıb.

O, İran-İraq müharibəsi dövrünün əsas komandirlərindən biri və SEPAH-ın hərbi dəniz qüvvələrinin qurucularındandır.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar